Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilib
20 Noyabr 2026
642

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

 

Azmedinfo.az xəbər verir ki, tədbirin açılışında çıxış edən institutun direktoru, professor Gülnaz Dadaşova peşə etikası prinsiplərinə riayət etməyin, eləcə də pasiyentlərlə hörmətli və aydın ünsiyyət qurmağın tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Daha sonra baş həkim Afiyəddin İskəndərov tibb işçilərinin gündəlik fəaliyyətində peşə etikası, məsuliyyət, intizam və komanda işinin əhəmiyyətindən bəhs edib.

 

Tədbir çərçivəsində rezident həkim Aysel İsazadə “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. İnstitutun klinik şöbə rəhbərlərinin və tibb bacılarının qatıldığı görüşdə pasiyentlərlə ünsiyyətin əsas prinsipləri, etik davranış normaları, komanda işi, tibbi sirrin qorunması və iş geyiminə dair tələblər ətrafında müzakirələr aparılıb.

 

Maarifləndirici tədbirin əsas məqsədi tibb heyətinin peşəkar davranış mədəniyyətini gücləndirmək, müəssisənin bütün şöbələrində etik prinsiplərin vahid şəkildə tətbiqini təşviq etmək və pasiyent məmnuniyyətinin artırılmasına töhfə verməkdir.

 

Ən çox oxunanlar