Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilər
16 Noyabr 2026
956
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilər

Qaraciyər insan orqanizmində regenerasiya, yəni özünübərpa qabiliyyəti ən yüksək olan orqanlardan biridir.

 

Azmedinfo.az xəbər verir ki, qastroenteroloq, hepatoloq, invaziv endoskopist Dr. Aqil Ağakişiyevin sözlərinə görə, qaraciyər hətta müəyyən zədələnmələrə baxmayaraq, uzun müddət öz funksiyalarını qoruyub saxlaya bilir. Lakin bu xüsusiyyət qaraciyərin istənilən zədələnməyə qarşı davamlı olduğu və özünü qeyri-məhdud şəkildə bərpa edə bildiyi anlamına gəlmir.

Uzun müddət və həddindən artıq alkoqol qəbulu, virus hepatitləri, qaraciyərin piylənməsi, bəzi dərman preparatları və toksik maddələrin təsiri orqanın hüceyrələrini zədələyə bilər.

Zədələyici amillərin təsiri davam etdikdə qaraciyər toxumasında fibroz, yəni çapıq toxumasının yaranması prosesi başlaya bilər. Bu proses irəlilədikcə orqanın normal quruluşu və funksiyaları pozulur. Müalicə və profilaktik tədbirlər görülmədikdə xəstəlik sirroza və qaraciyər çatışmazlığına qədər inkişaf edə bilər.

Xəstəliyin ağır mərhələlərində sarılıq, qarın boşluğunda maye toplanması (assit), qanaxmalar və digər ciddi fəsadlar meydana çıxa bilər.

Qaraciyər xəstəliklərinin əsas təhlükələrindən biri onların uzun müddət nəzərəçarpan simptomlar olmadan inkişaf edə bilməsidir. Buna görə də hər hansı şikayətin olmaması qaraciyərin sağlam olduğuna zəmanət vermir. Xəstəliklərin erkən aşkarlanması, risk amillərinin aradan qaldırılması və vaxtında müalicə qaraciyər sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.

Ən çox oxunanlar