Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:47
Əlaqə vasitələri
Bizimlə əlaqə
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlir
07 Oktyabr 2026
110
Müasir diabetologiyanın əsas hədəfi dəyişir – Diqqət xəstənin bütöv sağlamlığına yönəlir

28 sentyabr–2 oktyabr tarixlərində Milanda EASD-nin 62-ci illik konqresi keçirilib və dünyanın müxtəlif ölkələrindən 15 mindən çox mütəxəssisin qatıldığı tədbirdə Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunub.

 

Azmedinfo.az xəbər verir ki, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oqtay Hüseynovun sözlərinə görə, müasir diabetologiyada əsas diqqət artıq yalnız qanda şəkərin və HbA1c göstəricisinin aşağı salınmasına deyil, xəstənin ümumi sağlamlığının qorunmasına yönəlir.

 

Konqresdə piylənmənin müalicəsi, ürək və böyrəklərin qorunması, metabolik qaraciyər xəstəlikləri və kardiometabolik riskin idarə olunması əsas müzakirə mövzuları sırasında olub. GLP-1 və digər inkretin əsaslı müalicələr, yeni çoxreseptorlu molekullar, oral preparatlar, davamlı qlükoza monitorinqi, avtomatlaşdırılmış insulin sistemləri və süni intellektin diabetin idarə olunmasında tətbiqi də diqqət mərkəzində olub.

 

Həkim bildirib ki, 1-ci tip diabetin klinik əlamətlər yaranmazdan əvvəl aşkarlanması və xəstəliyin inkişafının ləngidilməsi imkanları da ciddi şəkildə araşdırılır. Onun fikrincə, EASD 2026-nın əsas mesajlarından biri diabetologiyanın “şəkəri müalicə etməkdən” xəstəni bütövlükdə qorumağa doğru inkişaf etməsidir.

 

Ən çox oxunanlar