Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
19 Oktyabr 2026, Bazar ertəsi, 08:07
Əlaqə vasitələri
Bizimlə əlaqə
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?
18 Oktyabr 2026
248
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?

Həyəcan və stres anlarında qarında ağrı, spazm və ya qəfil tualetə getmək ehtiyacının yaranması beyinlə bağırsaq arasındakı sıx əlaqədən irəli gəlir.

 

Azmedinfo.az xəbər verir ki, qastroenteroloq-endoskopist Rəfael Həsənovun sözlərinə görə, gərginlik zamanı sinir sistemi dərhal aktivləşərək həzm traktının normal fəaliyyətinə birbaşa təsir göstərir. Bu prosesin nəticəsində bağırsaqların hərəkətliliyi və həssaslığı artır, qarında müxtəlif spazmlar, ağrılar, eləcə də təcili defekasiya ehtiyacı meydana gəlir.

 

Stres bağırsaq motorikasına ciddi təsir etdiyindən, insan hətta əvvəllər rahatlıqla qəbul etdiyi adi qidalardan sonra da müəyyən narahatlıqlar hiss edə bilər. Lakin bu cür simptomları yalnız psixoloji amillərlə əlaqələndirmək doğru deyil.

 

Şikayətlər tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə, xüsusən də nəcisdə qan və səbəbsiz çəki itkisi kimi həyəcanlı əlamətlərlə müşayiət olunursa, vaxt itirmədən mütəxəssisə müraciət etmək vacibdir.

Ən çox oxunanlar