Bu il Azərbaycanda 50 pasiyentə dövlət hesabına sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev “Dövlət-biznes əməkdaşlıq forumu” çərçivəsində keçirilən “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” mövzusunda panel sessiyada açıqlayıb.
Onun sözlərinə görə, hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 3318 adda tibbi xidmət daxildir. Bu xidmətlər ilkin səhiyyə xidmətlərini, ailə həkimləri və tibb məntəqələri tərəfindən yerlərdə, eləcə də evlərdə göstərilən tibbi yardımı əhatə edir.
Ramin Rzayev qeyd edib ki, xidmətlər zərfinin əsas məqsədlərindən biri ölkədə ən çox tələb olunan tibbi xidmətlərin icbari tibbi sığorta fondunun maliyyə dəstəyi ilə əhatə olunmasıdır. Bu istiqamət Agentlik tərəfindən strateji hədəf kimi müəyyənləşdirilib.
Agentlik rəhbərinin sözlərinə görə, sümük iliyi transplantasiyası üzrə ilkin olaraq il ərzində 20 pasiyentə xidmət göstərilməsi nəzərdə tutulsa da, bu il həmin göstərici 50-yə çatdırılıb.
O bildirib ki, sümük iliyi transplantasiyası yüksək maliyyə resursları tələb edən tibbi xidmətlərdəndir. Buna baxmayaraq, xidmətin əhatə dairəsi genişləndirilib və il ərzində 50 pasiyent icbari tibbi sığorta hesabına bu tibbi xidmətdən yararlanıb.
Ramin Rzayev, həmçinin özəl tibb müəssisələrinin Agentliyin xidmətlərindən yararlanması və tibbi xidmətlərin göstərilməsi sisteminə qoşulması ilə bağlı müraciətlərin artıq elektron formatda qəbul ediləcəyini bildirib.
Qeyd edib ki, bundan sonra müqavilə prosedurları üçün hər hansı mərkəzə şəxsən müraciət etməyə və sənədləri fiziki formada təqdim etməyə ehtiyac olmayacaq. Müraciətlər elektron qaydada qəbul edilərək operativ şəkildə qiymətləndiriləcək, müəssisənin xidmət göstərmək üçün uyğunluğu barədə qərar veriləcək və nəticə ilə bağlı bildiriş müvafiq müəssisəyə sistem vasitəsilə göndəriləcək.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261142
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261044
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 2026994
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026958
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 2026910
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 2026906
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 2026906
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026888
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026878
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026864
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026848
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026818
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026748
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026746
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026676
-
Azərbaycanda növbəti istilik mövsümünə sabah start verilirƏn çox oxunanlar15 Noyabr 2026674
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026664
-
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıbƏn çox oxunanlar15 Noyabr 2026654
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026650
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026646