Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcək
15 Noyabr 2026
1140

"Qadın Sağlamlığı Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə 28 noyabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr edilmiş "Səsini eşit!" adlı maarifləndirici tədbir baş tutacaq.

 

Azmedinfo.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində keçiriləcək tədbirin əsas məqsədi qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində ictimai fəallığı artırmaq, qadınların hüquqlarının müdafiəsinə və onların fiziki-psixoloji sağlamlığının qorunmasına dəstək göstərməkdir.

 

Toplantı çərçivəsində mütəxəssislərin çıxışları, mövzu ətrafında müzakirələr və maarifləndirici fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

 

️Öncədən qeydiyyatdan keçmək mütləqdir:


 

Ən çox oxunanlar