18–24 noyabr Antibiotiklərdən İstifadə ilə bağlı Maarifləndirmə Həftəsi
Antibiotiklər 1940-cı illərdən bəri milyonlarla insanın həyatını xilas edib və orta ömür müddətinin artmasına töhfə verib. Lakin bu dərmanların həddindən artıq və düzgün olmayan istifadəsi bakteriyaların antibiotiklərə qarşı davamlılığının yaranmasına səbəb olub.
Azmedinfo.az xəbər verir ki, antibiotikə davamlı bakteriyalar artıq mövcud dərmanlarla müalicəyə tabe olmur. Mütəxəssislərin diqqətə çatdırdığına görə, dünyada hər il təxminən 700 min insan antibiotiklərə davamlı infeksiyalar səbəbindən həyatını itirir. Bu problem həm də səhiyyə xərclərinin artmasına və müalicə imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Mütəxəssislər vurğulayırlar ki, kəskin infeksiyaların, xüsusilə tənəffüs yolu infeksiyalarının 80–90 faizi virus mənşəlidir. Antibiotiklər viruslara təsir göstərmir, qızdırmasalıcı deyil və immun sistemini gücləndirmir. Əksinə, orqanizmdəki faydalı bakteriyalara da zərər verə bilər. Buna görə antibiotiklər yalnız həkim təyinatı ilə istifadə edilməlidir.
Antibiotiklərə davamlılığın artması gələcəkdə infeksiyaların müalicəsini ciddi şəkildə çətinləşdirə, orqan transplantasiyası, onkoloji əməliyyatlar və kimyaterapiya kimi həyati əhəmiyyətli tibbi müdaxilələrin riskini yüksəldə bilər.
Mütəxəssislərin əsas çağırışı aydındır: antibiotiklərdən yalnız zəruri hallarda, düzgün dozada və həkimin müəyyən etdiyi müddətdə istifadə edilməlidir. Bu, həm fərdi sağlamlığın, həm də cəmiyyətin gələcəkdə effektiv müalicə imkanlarının qorunması üçün vacibdir.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261140
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261042
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 2026994
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026956
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 2026906
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 2026904
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 2026902
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026886
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026876
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026862
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026846
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026818
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026744
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026744
-
Azərbaycanda növbəti istilik mövsümünə sabah start verilirƏn çox oxunanlar15 Noyabr 2026672
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026672
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026660
-
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıbƏn çox oxunanlar15 Noyabr 2026652
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026646
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026642