Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb
15 Noyabr 2026
652

Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib.

Azmedinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda panel iclasda iştirak edib.

Ttədbirin açılışında çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin həyatında oynadıqları rolun və onların potensialının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Leyla Əliyeva IDEA İctimai Birliyinin layihələrində qadınların fəal iştirakını qeyd edərək, xüsusilə bölgələrdə reallaşdırılan təşəbbüslərin qadınlar üçün yeni imkanlar yaratdığını bildirib.

Paneldə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə qadınların iqtisadi fəallığının artırılması, iqlim investisiyalarına çıxış imkanlarının genişləndirilməsi və qərar qəbuletmə prosesində iştirakının təmin edilməsi əsas məsələlər kimi dəyərləndirilib. Həmçinin Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə innovativ təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Ən çox oxunanlar