Orqan donorluğundan imtina: Ailələr sonradan bu qərara görə peşmanlıq keçirirlərmi?
23 Noyabr 2026
336
Azərbaycanda beyin ölümü diaqnozu qoyulmuş yaxınlarının orqanlarını bağışlayan ailələrin nəcib və humanist qərarı sayəsində neçə-neçə insan sağlamlığına qovuşub. Bununla yanaşı, bəzi ailələr qorxu, tərəddüd, məlumatsızlıq və yaşadıqları ağır emosional vəziyyət səbəbindən orqanların bağışlanmasına razılıq vermirlər. Bəs zaman keçdikdən sonra onların bu qərara münasibəti dəyişirmi?
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, xarici ölkələrdə aparılan elmi araşdırmalara görə, bəzi ailələr sonradan imtina qərarlarını yenidən nəzərdən keçirirlər.
Məsələn, ABŞ-da 2008-ci ildə dərc olunmuş bir araşdırmada orqan donorluğundan imtina etmiş 138 ailə üzvü ilə sorğu aparılıb. Onlardan 27 faizi sonradan yaxınlarının orqanlarının bağışlanmasına razılıq verə biləcəklərini, 9 faizi isə verdikləri qərarla bağlı hələ də əmin olmadıqlarını bildirib. Beləliklə, iştirakçıların ümumilikdə 36 faizi əvvəlki qərarını yenidən düşünməyə başlayıb.
Xarici araşdırmalarda imtinanın əsas səbəbləri arasında beyin ölümü anlayışının düzgün başa düşülməməsi, insanın yenidən həyata qayıdacağına ümid, orqanların başqa insanlara köçürülməsi ilə bağlı məlumatsızlıq göstərilir.
Bununla yanaşı, mərhumun sağlığında orqan donorluğu barədə ailəsi ilə danışmaması və öz istəyini bildirməməsi də qərarvermə prosesini çətinləşdirən amillərdəndir. Araşdırmalar göstərir ki, yaxınları ilə sağlığında orqan donorluğu haqqında danışan şəxslərin ailələri belə bir qərar qarşısında daha az tərəddüd yaşayırlar.
Bütün bunlar bir daha göstərir ki, orqan donorluğu haqqında söhbəti yalnız ağır günlərə saxlamaq olmaz. Hər bir insan sağlığında bu barədə düşünməli, öz iradəsini bildirməli və qanunvericiliyə uyğun qaydada rəsmi şəkildə donor kimi qeydiyyatdan keçməlidir. Beləliklə, insan bu çətin qərarın məsuliyyətini yaxınlarının üzərinə qoymamış olur.
Bir məqamı da xüsusi vurğulamaq vacibdir: beyin ölümü bütün beyin funksiyalarının tam və daimi dayanmasıdır. Bu vəziyyət tibbi və hüquqi baxımdan ölüm hesab olunur. Beyin ölümü baş verdikdən sonra insanın yenidən həyata qayıtması mümkün deyil.
Unutmayaq ki, sağlığımızda verdiyimiz bir qərar gələcəkdə bir neçə insana yaşamaq şansı verə bilər. Orqan donorluğu haqqında danışaq, məlumatlanaq və qərarımızı əvvəlcədən bildirək!
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261168
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261056
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 20261044
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 20261036
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 20261034
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 20261002
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026970
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026902
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026884
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026882
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026882
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026874
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026860
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026860
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026854
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026850
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026824
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026762
-
Azərbaycanda növbəti istilik mövsümünə sabah start verilirƏn çox oxunanlar15 Noyabr 2026678
-
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıbƏn çox oxunanlar15 Noyabr 2026664