Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 Noyabr 2026, Çərşənbə axşamı, 10:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
Əməliyyatı özü aparan səhiyyə naziri həmkarını infarktdan xilas etdi
24 Noyabr 2026
74
Əməliyyatı özü aparan səhiyyə naziri həmkarını infarktdan xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apardığını bildirib.

 

Azmedinfo.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

 

Səhiyyə nazirinin sözlərinə görə, tibbi müdaxilə infarktın qarşısını almağa imkan verib.

 

Nazir pasiyentin adını açıqlamayıb, ona stend qoyulduğunu deyib.

 

Fəaliyyətdə olan kardioloq nazir təyin olunmazdan əvvəl bir neçə il Türkiyə, Qazaxıstan və Qırğızıstanda ürək-damar xəstəliklərinin müalicəsi ilə məşğul olub.

Ən çox oxunanlar