Azərbaycanda böyrək transplantasiyası və nefrologiyanın inkişaf istiqamətləri müzakirə olundu
22 Aprel 2026
778
Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, ATU və “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə Tədris Terapevtik Klinikasında “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan prorektor Məlahət Sultanova nefrologiya və böyrək transplantasiyası sahəsindəki son elmi nailiyyətlərin, müasir diaqnostika və müalicə metodlarının, habelə qabaqcıl klinik təcrübələrin müzakirəsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra AMEA- nın müxbir üzvü, ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxışında nefrologiya və orqan transplantasiyasının tarixi inkişafı, müasir vəziyyəti və hüquqi tənzimlənməsi barədə ətraflı məlumat verib.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında Azərbaycanda orqan transplantasiyası sahəsinin inkişafını dövlət siyasətinin prioriteti kimi qiymətləndirərək, hüquqi bazanın 1999-cu ildən Heydər Əliyevin təşəbbüsü ilə formalaşmağa başladığını və 2020-ci ildə Prezident İlham Əliyevin imzaladığı yeni qanunla daha da təkmilləşdirildiyini vurğulayıb.
Mərkəz sədri qeyd edib ki, 2022-ci ildə nizamnaməsi təsdiqlənən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2023-cü ildən fəaliyyətə başlayaraq beyin ölümünün diaqnostikası protokolunu hazırlayıb, reanimatoloqlar üçün təlimlər keçib və vahid informasiya sistemi qurub; bütün bu sistemli islahatların nəticəsi olaraq 2025-ci ilin fevralında ölkədə ilk dəfə meyit donorundan uğurlu transplantasiya həyata keçirilib və bu proses hazırda davam etdirilir.
ODTKM-in İdarə Heyəti sədrinin müavini Günay Abbasova “Meyitdən orqan transplantasiyası: beyin ölümünün təyin kriteriyaları” mövzusunda təqdimatla çıxış edərək bu sahədə tibbi meyarlar və yanaşmalar barədə məlumat verib.
ODTKM-in hüquq şöbəsinin müdiri Hüseyn Camalov “Azərbaycanda orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları” mövzusunda məruzəsində mövcud qanunvericilik bazasını izah edib.
ODTKM-in həkim-koordinatoru Mehriban Əliyeva “Həyatı hədiyyə verməyin gücü: Mən niyə donor olmalıyam?” mövzusunda çıxış edərək orqan donorluğunun əhəmiyyətini vurğulayıb.
DTX Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov, ATU-nun Tədris Terapevtik Klinikasının Efferent terapiya şöbəsinin müdiri Elgün Həziyev və digər məruzəçilər transplantasiya sahəsində müasir cərrahi yanaşmaları, klinik təcrübələri və əməliyyatdan sonrakı dövrdə rast gəlinən patologiyaların idarəolunması məsələlərini geniş şəkildə təhlil ediblər.
Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş konfransın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654