Türkiyə və Azərbaycanın tanınmış cərrah və onkoloqlarının iştirakı ilə "Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, onkoloq Altay Əliyev "Mədə xərçəngində neoadyuvan sistemik müalicə" mövzulu təqdimatında mədə xərçənginin müalicəsindəki mühüm məqamlara toxunaraq bildirib ki, birinci mərhələdə belə beş illik sağ qalım göstəricisi 80% təşkil edir.
Məruzəçi könüllülər və mədə xərçəngi əməliyyatına hazırlanan xəstələr üzərində aparılan bir araşdırmaya istinad edərək qeyd edib ki, hətta əməliyyat oluna biləcək xəstələrin qan dövranında da xərçəng hüceyrələrinə rast gəlinir. Ekspert vurğulayıb ki, bir radioloq və ya cərrah üçün xəstəlik erkən mərhələ görünsə də, onkoloqlar üçün bu, mikroskopik səviyyədə artıq gizli bir dördüncü mərhələ ilə üz-üzə qalmaq deməkdir.
Onkoloq çıxışında əməliyyatdan əvvəl tətbiq edilən neoadyuvant müalicənin əsas hədəflərinə toxunub. Ekspert bu müalicənin əməliyyatdan sonrakı müalicəyə nisbətən bədən tərəfindən daha rahat qəbul edildiyini bildirərək, beynəlxalq onkoloji protokollara əsasən, xəstəliyin erkən və orta mərhələlərindən etibarən perioperativ kimyaterapiyanın və komanda şəklində yanaşmanın tövsiyə edildiyini diqqətə çatdırıb.
Diaqnostika və mərhələləndirmə prosesində qastroskopiya, kompüter tomoqrafiyası və laparoskopik yoxlamanın əhəmiyyətini qeyd edən məruzəçi, PET-CT müayinəsinin bəzən neqativ nəticə göstərə biləcəyinə görə diqqətli olunmasının vacibliyini bildirib. O, hər həftə keçirdikləri mütəxəssis toplantılarına toxunaraq vurğulayıb ki, cərrahlar və onkoloqlar eyni dili danışmalı, hər kəs bərabərhüquqlu söz sahibi olmalıdır, çünki burada xəstənin taleyi barədə qərar verilir.
Perioperativ müalicələrin tarixinə nəzər salan Altay Əliyev, 2006-cı ildəki "Magic" çalışmasından bu günün standartı olan "Flot" protokoluna qədər keçilən yolu təhlil edib. O, "Magic" çalışması ilə sağ qalımda 13%-lik bir üstünlük qazanıldığını, lakin təkbaşına neoadyuvant müalicənin yetərli olmadığını, müalicənin həm əməliyyatdan əvvəl, həm də sonra tamamlanmalı olduğunu qeyd edib.
Araşdırmalarda bu növ müalicənin beş illik sağ qalımda 14% üstünlük təmin etdiyinə toxunan ekspert, neoadyuvant müalicə alanlarda əməliyyat sonrası ölüm riskinin artmadığını bildirib. O, günümüzün ən təsirli metodu olan "Flot" protokolunun xərçəng hüceyrələrini tamamilə yox etmə göstəricisini 8%-dən 20%-ə qaldırdığını vurğulayıb.
Onkoloq Altay Əliyev bildirib ki, müasir tibbi araşdırmalar əməliyyatdan əvvəl tətbiq edilən kimyaterapiyanın şişin tam təmizlənmə şansını artırdığını və bəzi xərçəng növlərində kimya-şüa terapiyasının sağ qalma müddətini bir neçə qat yüksəltdiyini sübut edir. Həmçinin vurğulayıb ki, müalicəyə yeni dərmanların və ya şüa terapiyasının əlavə edilməsi hər zaman sağ qalım müddətinə birbaşa təsir etmir, bu səbəbdən hər bir addım dəqiqliklə hesablanmalıdır. Ekspert qeyd edib ki, xüsusi genetik özəlliyi olan xəstələrdə fərdi müalicə metodları ilə şişin tamamilə yox edilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.
Sonda Altay Əliyev cəmiyyətdə həkimlərə qarşı yaranan mənfi münasibətlərə və "həkim səhvi" iddialarına toxunaraq bildirib ki, tibb böyük qeyri-müəyyənliklər içərisində dəqiq qərar vermə sənətidir və bu qədər mürəkkəb genetik analizlər fonunda ən düzgün müalicə yolunu seçmək böyük məsuliyyət tələb edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654