Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 05:02
Əlaqə vasitələri
Bizimlə əlaqə
Xarici ölkələrin tələbələri ölkəmizdə təcrübə keçir
12 Avqust 2025
728
Xarici ölkələrin tələbələri ölkəmizdə təcrübə keçir

Yeni Klinika nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyası, eləcə də “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı”nın növbəti mərhələsinə start verilib.

 

Azmedinfo.az xəbər verir ki, bu mərhələdə 11 ölkədə – Türkiyə, Rumıniya, İspaniya, Əlcəzair, Çexiya, Rusiya, Şimali Kipr, Bolqarıstan, Misir, Estoniya və Macarıstanda tibb təhsili alan 17 nəfər tələbə Yeni Klinikanın müxtəlif ixtisaslaşdırılmış şöbələrində tibbi təcrübə qazanacaqlar.

 

Təcrübə proqramının növbəti mərhələsinin başlanması münasibətilə keçirilən tədbirdə xaricdən gələn tələbələrə TƏBİB Akademiyasının təlim-tədris, elmi-tədqiqat sahəsində fəaliyyəti, habelə Yeni Klinikanın yüksək texnologiyalara əsaslanan fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

 

Əcnəbi tələbələrə təcrübə proqramının məqsəd və mərhələləri izah olunub, onlara klinik şəraitdə peşəkar yanaşma prinsipləri barədə tövsiyələr verilib.

Ən çox oxunanlar