Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ekspert Şurasının növbəti iclası keçirilib. İclasda kardiologiya sahəsində elmi fəaliyyət göstərən gənc tədqiqatçıların dissertasiya mövzuları ətrafında geniş müzakirələr aparılıb. Məqsəd tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən doktorantların təqdim etdiyi elmi işlərin aktuallığını, metodoloji əsaslarını və praktik əhəmiyyətini qiymətləndirmək olub.
Azmedinfo.az xəbər verir ki, təqdimatlar zamanı doktorant Nəsibova Aytən "Miokardial Blush Skoru və MRT vasitəsilə miokardial canlılıq göstəricilərinin korelyasiyası və nəticələrin klinik proqnozlaşdırılması" mövzusunda araşdırmasını təqdim edib. Tədqiqat işi miokardın perfuziyasını qiymətləndirməyə yönəlmiş qabaqcıl üsulların bir-biri ilə müqayisəli təhlilinə və əldə olunan göstəricilərin xəstə proqnozuna təsirinin müəyyənləşdirilməsinə həsr olunub.
Digər tədqiqatçı, Qardaşova Elnurə Qasım isə "Kompleks bifurkasion darlıqlarda dərman örtüklü balon istifadəsi ilə icra edilən perkutan koronar müdaxilələrin nəticələri" mövzusunda apardığı elmi işin nəticələrini bölüşüb. O, təqdimatında invaziv kardiologiyada yeni texnologiyaların tətbiqi və bu üsulların xəstə həyatı üçün yaratdığı üstünlüklər barədə dərin elmi təhlillər təqdim edib.
Ekspert Şurasının üzvləri hər iki dissertasiya işini maraqla dinləyərək elmi yanaşmanı yüksək qiymətləndiriblər, metodoloji yanaşmalar və praktiki tətbiq baxımından dəyərli tövsiyələr verdiblər.
Belə tədbirlər, ölkəmizdə tibb elminin inkişafı və yeni nəsil alimlərin formalaşmasında əvəzsiz rol oynayır. Elmi axtarışlara söykənən bu təşəbbüslər, sabahın sağlam cəmiyyətini qurmaq yolunda atılan möhkəm addımlardır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654