2021-ci ilin aprel ayında BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən, 25 iyul tarixi hər il Ümumdünya Suda Boğulmaların Qarşısının Alınması Günü kimi qeyd olunur. Bu günün məqsədi — suda boğulmalar nəticəsində baş verən insan itkilərinin qarşısını almaq, ictimaiyyəti bu sahədə maarifləndirmək və faciələrin sayını azaltmaq üçün sadə, lakin təsirli həll yollarını təşviq etməkdir.
Azmedinfo.az xəbər verir ki, suda boğulma hər il dünyada 236 mindən çox insanın həyatına son qoyan qlobal bir təhlükədir. Xüsusilə uşaqlar, yeniyetmələr və üzmə bacarığı olmayan insanlar üçün bu risk daha yüksəkdir. Ən çox boğulma halları yay mövsümündə, insanların su hövzələrinə daha çox üz tutduğu zamanlarda qeydə alınır.
Azərbaycan reallığında: diqqətli olmağa ciddi ehtiyac var
Ölkəmizdə də yay aylarında göllərdə, çaylarda və dənizdə istirahət zamanı suda boğulma halları təəssüf ki, hələ də müşahidə olunur. Bu cür hadisələr əksər hallarda sadə təhlükəsizlik qaydalarına əməl edilməməsi, üzgüçülük bacarığının olmaması, uşaqların nəzarətsiz buraxılması və alkoqol istifadəsi fonunda suya girmə kimi səbəblərdən baş verir.
Sağlamlıq və təhlükəsizlik tövsiyələri:
Uşaqları nəzarətsiz buraxmayın – kiçik bir anlıq diqqətsizlik həyati təhlükə yarada bilər.
Rəsmi üzmə yerlərinə üstünlük verin – xilasedici xidməti olmayan, nəzarətsiz ərazilərdə suya girməyin.
Üzgüçülük bacarıqlarınızı təkmilləşdirin – həm özünüz, həm də övladlarınız üçün üzgüçülük kursları əhəmiyyətlidir.
Spirtli içkilərdən sonra suya girməyin – koordinasiya və reaksiya zəifləyir.
Canqurtaracaq vasitələrdən istifadə edin – xüsusən qayıq və ya katamaranla üzərkən.
Filmlərin əksinə olaraq, real həyatda boğulan insanlar qışqırmır, çırpınmır, əksinə səssizcə suya batırlar. Ona görə də, ətrafdakıların da diqqətli və ayıq olması həyati önəm daşıyır.
Hər kəs bu qlobal gün münasibətilə öz ailə üzvlərini və yaxınlarını məlumatlandırmalı, uşaqlara düzgün davranış vərdişləri aşılamalıdır. Boğulmaların qarşısını almaq yalnız mütəxəssislərin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026902
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654