Hepatit dünya miqyasında milyonlarla insanın sağlamlığına təhlükə yaradan, dövlətlərin səhiyyə sistemini ağırlaşdıran, geniş miqyasda xəstələnmə və ölüm hallarına səbəb olan mühüm qlobal tibbi problem olaraq qalır. Əlbəttə, hepatitə düçar olmuş xəstələrin müayinəsi, diaqnostikası, nəticələrinin proqnozu və müalicəsinin ənənəvi tibbi üsulları effektivdir. Lakin əldə edilən nəticələrin səmərəliliyi, sürəti və əlçatanlığı ilə bağlı bir çox məhdudiyyətlər mövcuddur. Odur ki, süni intellektin inkişafı perspektivli imkanlar açır və nəticədə bu problemləri minimuma endirir. Ümumiyyətlə, müxtəlif qaraciyər xəstəliklərinin diaqnostikasında süni intellektdən istifadə olunması özündə ənənəvi maşın öyrənməsi və dərin öyrənməni ehtiva edir.
Azmedinfo.az Ümumdünya Hepatitlə Mübarizə Günündə Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Günel Məmmədovanın hepatit xəstəliyinin müayinə və müalicəsində süni intellektin, rəqəmsal tibbin imkanlarından bəhs edən məqaləsini oxucularına təqdim edir:
Son zamanlar müxtəlif qaraciyər xəstəliklərinin diaqnostikası üçün özündə ənənəvi maşın öyrənməsi və dərin öyrənməni əhatə edən süni intellektin tətbiqinə daha çox diqqət yetirilir. Aparılan tədqiqatlar hepatitlərin yayılmasının proqnozlaşdırılmasında, hepatitin müxtəlif mərhələlərinin təsnifləşdirilməsində, diaqnostikasında və ya skrininqində, habelə onun gedişatının proqnozlaşdırılmasında və xroniki hepatit C olan xəstələrdə antiviral dərmanlara reaksiyanın proqnozlaşdırılmasında süni intellektə əsaslanan məlumatların əldə edilməsinin potensial əhəmiyyətini göstərib.
Virus hepatitlərinin diaqnostikasında radioloji görüntülərdən istifadə edən süni intellekt tətbiqləri
Süni intellekt radiologiya sahəsini sürətlə dəyişdirir. Bu nöqteyi-nəzərdən, virus hepatiti olan xəstələrin radioloji müayinəsi üçün süni intellektin istifadəsi istisna deyil. Süni intellekt alqoritmləri hepatit və ya onun ağırlaşmalarını göstərə biləcək nümunələri və xüsusiyyətləri müəyyən etmək üçün böyük tibbi təsvirlər toplusunda tətbiq oluna bilər. Bu, rentgenoloqlara hətta nəticələr qeyri-müəyyən olduqda belə, hepatit virusunu və onun ağırlaşmalarını daha dəqiq, daha effektiv şəkildə aşkarlaıyb diaqnoz qoymağa kömək edə bilər.
Qaraciyər biopsiyalarının histopatoloji müayinəsi qaraciyər fibrozunun, iltihabının və hepatitlə əlaqəli digər patoloji dəyişikliklərin diaqnostikası və mərhələlərinin təyini üçün qızıl standart olaraq qalır. Bununla belə, təsvirlərin əl ilə təhlili vaxt aparan və subyektivdir, bu da şərh və diaqnostikada potensial dəyişkənliyə gətirib çıxarır.
Süni intellektin və bütün bədən görüntüləmə skanerlərinin inkişafı tibbi yükü azaltmaq, diaqnostik dəqiqliyi artırmaq, hətta xəstəlikləri və gen mutasiyalarını proqnozlaşdırmaq üçün iki texnologiyanı birləşdirməyə imkan verir. Süni intellektə əsaslanan alqoritmlər histopatoloji təsvirləri müstəsna dəqiqliklə və səmərəliliklə təhlil etməyə qadirdir. Hətta bir sıra üstünlüklər təklif edir.
Mütəxəssislərin fikrincə, süni intellekt hepatositlərdə və digər qaraciyər hüceyrələrində adi gözlə görünməzdən əvvəl displastik düyünlər kimi xərçəngdən əvvəlki zədələnmələrin mövcudluğunu göstərə bilən incə dəyişiklikləri aşkar etmək üçün tətbiq oluna bilər. Bu, erkən müdaxilə fürsıti yaratmaqla yanaşı, potensial olaraq hepatoselüler karsinomanın inkişafının qarşısını ala bilər.
Hepatitli xəstələrin elektron sağlamlıq qeydlərindən istifadə edən süni intellekt tətbiqləri
Süni intellekt alqoritmləri virus hepatitinin inkişaf riski yüksək olan şəxsləri (məsələn, venadaxili narkotiklərdən istifadə edənlər, qan köçürənlər və ya virus hepatiti olan insanlarla cinsi əlaqədə olanlar) müəyyən etmək üçün elektron sağlamlıq qeydləri məlumatlarını təhlil etmək üçün istifadə edilə bilər. Bu məlumat məqsədyönlü skrininq və profilaktika proqramlarını hazırlamaq üçün mühüm rol oynaya bilər.
Əhalinin böyük bir hissəsinə diaqnoz qoyulmadığı üçün hepatit C virusu yüksək effektiv müalicə üsullarının mövcudluğuna baxmayaraq, yoluxucu xəstəliklərlə bağlı əsas ictimai səhiyyə problemi olaraq qalır.
Süni intellekt modelləri keçmiş qanköçürmələr, venadaxili narkotik istifadəsi və ya təhlükəli cinsi əlaqə kimi risk faktorları olan şəxslərdə virus hepatitinin aşkarlanmasında mühüm rol oyanayır.
Virus hepatitinin ağırlaşma riskinin proqnozlaşdırılması
Bu yaxınlarda çinli alimlər xroniki hepatiti olan xəstələrdə hepatoselüler karsinomanın aşkarlanması üçün xüsusi maşın öyrənməsinə əsaslanan model hazırlayıblar. Maşın öyrənmə metodlarından istifadə etməklə qurulan “Hepatosellüler Karsinoma Ridge İndeksi” (HCC-RS) kimi tanınan bu innovativ model, mövcud hepatoselüler karsinoma risk qiymətləndirmə indeksləri ilə müqayisədə təkmilləşdirilmiş dəqiqliyi nümayiş etdirir. HCC-RS-nin elektron sağlamlıq sistemlərinə inteqrasiyası real vaxt rejimində hepatosellüler karsinoma riski haqqında müasir məlumat əldə etməyə imkan verir.
Etik məsələlər, xüsusən də məlumatların məxfiliyi və təhlükəsizliyi vacib məsələlərdən biridir. Süni intellekt sistemləri daxilində pasiyentə məxsus fərdi məlumatların məxfiliyinin qorunması və etik qaydada istifadə edilməsinin təmin edilməsi vacibdir. Bundan əlavə, potensial ayrı-seçkilik yaradan nəticələrin qarşısını almaq üçün süni intellekt alqoritmlərinə xas olan qərəzlərin və bərabərsizliklərin aradan qaldırılması diqqət tələb edən mühüm məsələlərdəndir.
Süni intellektin yaranması hepatologiyada yeni era açaraq xəstəliyin diaqnozu, proqnozu və müalicə strategiyalarını dəyişdirib. Hepatologiyada süni intellektin genişmiqyaslı potensialına baxmayaraq, ciddi etik, tənzimləyici və texniki problemlər hələ də qalmaqdadır. Məlumatların məxfiliyi, alqoritmik qərəzlilik, tənzimləmə uyğunluğu və dəyişikliyə təbii müqavimətlə bağlı narahatlıqların həlli süni intellektin səhiyyə xidmətinə məsuliyyətlə və effektiv şəkildə inteqrasiyası üçün çox vacibdir. Xəstələrin nəticələrini yaxşılaşdırmaq və hepatologiyanı dəyişdirmək üçün süni intellekt potensialını tam reallaşdırmaq üçün səhiyyə ekspertləri və məlumat analitikləri arasında əməkdaşlıq, həmçinin davamlı innovasiyalar lazımdır.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142