Hər il 1–7 avqust tarixləri dünyada "Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi" kimi qeyd olunur.
Azmedinfo.az UNICEF-in hesabatına istinadən yazır ki, beynəlxalq miqyasda "körpələrin ilk peyvəndi" hesab edilən ana südü və əmizdirmə, ana və uşaq sağlamlığında mühüm rol oynayır və hər il 500 mindən artıq ölümün qarşısını alır.
BMT-nin Uşaq Fondunun (UNICEF) hər il dərc etdiyi “Qlobal Əmizdirmə Hesabat Kartı”na görə, BMT-nin 2030-cu ilə qədər müəyyənləşdirdiyi Davamlı İnkişaf Məqsədləri arasında əmizdirmə xüsusi yer tutur.
Bu məqsədlər çərçivəsində BMT 2030-cu ilə qədər dünyada 6 ayadək körpələrin ən azı 60%-nin yalnız ana südü ilə qidalanmasını hədəfləyir.
UNICEF-in məlumatına əsasən, hazırda dünyada 6 ayından kiçik körpələrin 48%-i yalnız ana südü ilə qidalanır. Bu göstərici 2012-ci illə müqayisədə 10% artım deməkdir.
Ana südü ilə qidalanmanı və əmizdirməni təşviq etmək üçün bir çox ölkədə hökumətlər və qeyri-hökumət təşkilatları müxtəlif siyasətlər həyata keçirirlər. Bunlara aşağıdakılar daxildir:
Əmizdirməyə ayrılan vəsaitlərin artırılması
Ödənişli doğum və əmizdirmə məzuniyyətlərinin verilməsi
Doğum evlərində uğurlu əmizdirmə siyasətlərinin tətbiqi
Peşəkar laktasiya (əməzdirmə) məsləhətlərinin göstərilməsi
Əmizdirmənin həyat qurtaran təsiri
Kanadada yerləşən “Nutrition International” təşkilatının 2022-ci ildə dərc etdiyi “Əmizdirməməyin Bədəli” adlı hesabatında təqdim olunan məlumatlar da UNICEF tərəfindən əsas kimi istifadə olunub.
Hesabata görə, əmizdirmə həm ana və uşaq sağlamlığını qoruyur, həm də dünya iqtisadiyyatında təqribən 574 milyard dollarlıq itkini önləyir.
Körpə ölümlərinin ən çox rast gəlinən səbəbləri ishal və pnevmoniyadır. Hesabatda qeyd edilir ki, həyatının ilk 6 ayında ana südü almayan körpələr bu xəstəliklərə qarşı daha həssas olurlar. Ana südü sayəsində hər il 420 mindən çox körpənin həyatı xilas edilir.
Bundan əlavə, ana südü hər il 4,6 milyon uşaqda piylənmənin qarşısını alır.
Əmizdirmə həmçinin uşaqlıq, döş xərçəngi və tip 2 diabet kimi xəstəliklərin qarşısını almaqla hər il 90 minə yaxın qadının həyatını qoruyur.
Hesabatda, ana südü ilə qidalanmanın uşaqların zehni inkişafına təsirinə də diqqət yetirilir.
Əgər uşaq kifayət qədər ana südü almırsa, bu onun zehni qabiliyyətlərinə və öyrənmə potensialına mənfi təsir göstərir və nəticədə akademik göstəriciləri aşağı olur.
Ana südü alan uşaqlarda IQ səviyyəsinin orta hesabla 2,6 xal artdığı da vurğulanır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654