Süd vəzilərinin sağlamlığına diqqət ilk növbədə diaqnostik müayinə ilə başlamalıdır. Artıq bütün dünyada yanaşma dəyişib, əgər əvvəllər qadınlar mamoloq, ginekoloq və ya onkoloqa yönləndiriləndən sonra radioloqa müraciət edə bilirdilərsə, indi hər bir qadın birbaşa şüa-diaqnostika həkiminə müraciət edərək ilkin müayinəni həyata keçirə bilər. Bunun tək bir səbəbi var düzgün diaqnostika!
Azmedinfo.az xəbər verir ki, bu fikirləri radioloq Sevinc Musayeva bildirib.
Həkim qeyd edir ki, 11–12 yaşdan etibarən bütün qız uşaqlarında süd vəziləri ultrasonoqrafiya ilə yoxlanıla bilər. 35 yaşdan sonra isə mamoqrafiya və tomosintez müayinəsi aparılması tövsiyə olunur. Lakin bu yanaşma hər kəs üçün fərdidir. Hər bir qadına subyektiv, fərdi şəkildə yanaşmaq vacibdir. Ailə anamnezini, yəni genetik və risk faktorlarını diqqətlə araşdırmaq lazımdır. Əgər birinci nəsil qohumlarda süd vəzi xərçəngi olubsa, bu, müayinələrin tezliyinə və seçiminə birbaşa təsir edir.
Sevinc Musayeva əlavə edib ki, MRT, biopsiya kimi daha dərin diaqnostik metodlar da mövcuddur və bu üsullar erkən mərhələdə xəstəliyin aşkarlanmasında böyük əhəmiyyət daşıyır.
“Əziz xanımlar, müayinəyə gəlmək "siz xərçəngsiniz" demək deyil. Tam əksi, bu, sağlamlığınızı qorumaq üçün atılan ən mühüm addımdır. Dünyada hər 8 qadından biri süd vəzi xərçənginə tutulursa, o qadın siz olmayın! Vaxtında müayinələrə gedin, sağlam qalın,” – deyə radioloq Sevinc Musayeva qadınlara müraciət edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654