Süni intellektin sürətli inkişafına söykənən rəqəmsallaşma bu gün məhkəmə təbabətində ekspert rəylərindən tutmuş autopsiya nəticələrinin təhlilinə, cinayət araşdırmalarından məlumatların qiymətləndirilməsinə qədər geniş arealı öz təsiri altına alıb desək, yanılmarıq.
azmedinfo.az xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi 2026-cı ildən etibarən süni intellekt tərəfindən dəstəklənən məhkəmə-tibbi ekspertiza proseslərində yeni eraya qədəm qoymağa hazırlaşır. Məhkəmə Tibbi Ekspertizası institutlarının işini sürətləndirmək və hesabat potensialını artırmaq üçün texnoloji infrastruktur tamamilə yenilənəcək.
Yeni sistem tibbi tapıntıların daha sürətli şərh edilməsinə, sübutların daha dəqiq təhlilinə və xəta həddinin minimuma endirilməsinə yönəlib. Qeyd edək ki, süni intellektin köməyi ilə ekspert rəylərinin gücləndirilməsi həm məhkəmə proseslərinin sürətləndirilməsinə, həm də məhkəmə proseslərinin etibarlılığının artırılmasına töhfə verəcək.
BMT-nin Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının sədri, türkiyəli professor Sevil Atasoyun sözlərinə görə, klassik üsullarla həftələrlə davam edən tibbi təhlillər artıq süni intellektin sayəsində bir neçə saat ərzində tamamlanacaq. Bu, nəinki məhkəmələrin tibbi ekspertiza rəylərini gözləmə müddətini qısaldacaq, eyni zamanda ekspertlərin iş yükünü balanslaşdıracaq. S.Atasoy, həmçinin "süni intellekt sayəsində DNT profilinin yaradılması, toksikologiya nəticələrinin müqayisəsi və ya barmaq izi təhlili kimi proseslər, eləcə də autopsiya proseslərində təsvir tanıma alqoritmləri travma, sınıqlar, qanaxma və ya yad cisimləri aşkar etməklə məhkəmə ekspertinə ilkin məlumat verə bilər. Süni intellekt tətbiqlərinin daha bir mühüm töhfəsi obyektivliyin və ardıcıllığın artmasıdı" - deyə diqqətə çatdırıb.
Bəzi məhkəmə təbabəti mütəxəssislərin qənaətincə, süni intellekt nə qədər inkişaf etmiş olursa olsun, həmişə səhv etmək riski daşıyır. Xüsusilə, ölüm səbəbi, DNT analizi və ya cinayət sübutlarının araşdırılması kimi həssas məsələlərdə səhv qiymətləndirmə apararsa, bunun çox ciddi nəticələri ola bilər. Bu səbəbdən, süni intellekt tərəfindən hazırlanan hər bir müayinə nəticəsinin, məhkəmə-tibbi ekspertiza hesabatının ekspertlər tərəfindən yoxlanılması vacibdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654