Şampan şərabı tünd içkilərlə müqayisədə daha az alkoqollu olsa da, xüsusilə həzm sistemi problemi olan şəxslərin orqanizminə mənfi təsir göstərə bilər. Hətta kiçik bir porsiya alkoqol mədə xorası olan xəstələrdə mədə şirəsi ifrazının kəskin artmasına təkan verir, bu isə mədə divarlarının qıcıqlanmasına və sağalma prosesinin ləngiməsinə səbəb olur.
Azmedinfo.az "Medijforum"a istinadən xəbər verir ki, qastroenteroloq Svetlana Minqazovanın sözlərinə görə, xroniki qastritdən əziyyət çəkənlər üçün cəmi bir qədəh köpüklü şərab xəstəliyin kəskinləşməsi ilə nəticələnə bilər. Qıcıqlanmış bağırsaq sindromu da tərkibindəki qazlar və yüksək turşuluq səbəbindən şampan qəbulu ilə daha da pisləşərək ağrı və spazmlara yol açır. Qeyri-spesifik xoralı kolit və ya Kron xəstəliyi olan pasiyentlərdə isə alkoqol iltihab proseslərini gücləndirərək ümumi vəziyyəti pisləşdirə bilər.
Bundan əlavə, şampanın tərkibindəki yüksək şəkər miqdarı qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırdığı üçün bu içki diabet və insulin müqaviməti olan insanlara tövsiyə edilmir. Köpüklü şərabın qəbulu xüsusilə pankreatit və öddaşı xəstəliyi zamanı təhlükəlidir, çünki o, mədəaltı vəzini qıcıqlandıraraq ağrıları kəskinləşdirir.
Qaraciyər və böyrək xəstəlikləri olan, eləcə də allergiyaya meylli şəxslər üçün də şampan arzuolunmazdır. İçkinin tərkibindəki çoxsaylı qabarcıqlar səbəbindən bir çox sağlam insan belə onu qəbul etdikdən sonra ağır asılqanlıq (paxmel) hissi yaşayır. Miqrendən əziyyət çəkənlərə və alkoqolu çətin həzm edənlərə bayram günlərində şampandan uzaq durmaq məsləhət görülür.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654