“Ən ağır anda belə başqasına həyat vermək böyük ürək tələb edir”
09 Fevral 2026
478
Məmmədəliyev Rəşad ölkəmizdə ürək transplantasiyası əməliyyatı keçirən ilk pasiyentdir. Onun ürək problemi qəfil ortaya çıxıb və zamanla daha da şiddətlənib. Həkimlərin rəyinə görə, Rəşadın yaşaması üçün yeganə çıxış yolu ürək transplantasiyası idi. Bu xəbər ailə üçün həm ümid, həm də sınaq oldu. Çünki ürək nəqli hər zaman əlçatan olmur və Azərbaycanda həmin vaxta qədər belə bir əməliyyat icra edilməmişdi. Uzun və gərgin hazırlıq mərhələsindən sonra transplantasiya uğurla həyata keçirildi. Əməliyyat təkcə Rəşadın həyatını xilas etmədi, həm də eyni vəziyyətdə olan, ürək nəqlinə ehtiyacı olan insanlar üçün ümid qapısı açdı.
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatı əsasında ölkəmizdə ilk dəfə ürək transplantasiyası ilə həyata dönən Rəşad Məmmədəliyevin təsirli həyat hekayəsini təqdim edir.
Rəşadın anası Fəridə xanım bildirir ki, bu prosesdə bir çox insanın zəhməti və fədakarlığı var. Fəridə xanım ilk növbədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə, eləcə də əməliyyatı həyata keçirən cərrah Kamran Musayevə və bütün tibbi heyətə dərin təşəkkürünü bildirir.
Eyni zamanda vurğulayır ki, bütün bu səylərin mərkəzində ən vacib və həlledici rol donor ailəsinə məxsusdur. Məhz onların verdiyi nəcib qərar bir neçə insanın yenidən həyata qayıtmasına səbəb olub. Fəridə xanım donor ailəsinin bu addımını insanlığın ən ali nümunəsi kimi qiymətləndirir və onlara sonsuz minnətdarlığını ifadə edir.
Rəşad özü də donor ailəsinə dərin təşəkkürünü bildirir: “Onlar mənə təkcə bir ürək deyil, bir həyat bağışladılar. Ən ağır anlarında belə başqa bir insanın yaşamasını düşünmək böyük ürək tələb edir.”
Qeyd edək ki, Fəridə xanım da rəsmi olaraq orqanlarını bağışlayıb. Oğlu ürək nəqli ilə həyata qayıdan ana bütün valideynlərə və cəmiyyətə müraciət edərək orqan donorluğu barədə ciddi düşünməyə, bu mövzunu ailədə müzakirə etməyə çağırır: “Heç kim bilmir sabah kimin ümidə ehtiyacı olacaq. Gəlin, orqanlarımızı bağışlayaq, bir-birimizə həyat bəxş edək.”
Azərbaycanda ilk ürək transplantasiyası tibb tariximizdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir və orqan donorluğu ilə bağlı ictimai maarifləndirmənin əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261052
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026948
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026934
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026920
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026882
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026816
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026788
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026772
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026766