Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
21 Aprel 2026, Çərşənbə axşamı, 14:33
Əlaqə vasitələri
Bizimlə əlaqə
Mingəçevirdə “Pediatriyanın Aktual Problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək  
25 Fevral 2025
658
Mingəçevirdə “Pediatriyanın Aktual Problemləri” mövzusunda elmi-praktik konfrans keçiriləcək  
 
 

Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü və LasoMedGroup-un təşkilati dəstəyi ilə “Milli Pediatriya Akademiyası – 95 il Yubiley Layihəsi” çərçivəsində mühüm elmi-praktik konfrans təşkil olunacaq.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya ediləcək tədbir 15 mart 2025-ci il tarixində Mingəçevir şəhərində, Ağ Saray Hotelində baş tutacaq.

 

Konfransda pediatriyanın aktual problemləri, müasir diaqnostika və müalicə üsulları müzakirə olunacaq. Ölkənin tanınmış tibb mütəxəssisləri bu sahədəki ən son elmi yenilikləri və klinik təcrübələri bölüşəcək, həkimlər arasında bilik və təcrübə mübadiləsinə geniş imkan yaradılacaq.

 

Tədbir çərçivəsində iştirakçılar pediatriyanın müxtəlif istiqamətləri üzrə yeniliklərlə tanış olacaq, eləcə də multidisiplinar müzakirələr aparmaq imkanı əldə edəcəklər.

 

Konfransla bağlı əlavə məlumat və qeydiyyat üçün əlaqə saxlaya bilərsiniz.

 
Qeydiyyat və əlavə məlumat üçün:

+994 70 352 00 13
+994 70 952 00 13

Sizi konfransda görməkdən məmnun olarıq!
 
Ən çox oxunanlar