ATU otolarinqoloqlarından yüksək dəqiqlik tələb edən uğurlu cərrahi müdaxilə
12 May 2026
450
ATU-nun Tədris Cərrahiyyə Klinikası otolarinqoloqları kafedra müdiri, professor Vəfa Pənahian, dosent Ayaz Qasımov, dosent Sara Ağalarova və assistent Fəridə Əbilova tərəfindən 12 yaşlı pasiyentdə radikal mastoidektomiya əməliyyatı uğurla həyata keçirilib.
Azmedinfo.az xəbər verir ki, pasiyent orta qulaq və antrum nahiyəsini əhatə edən qranulyasion toxuma ilə müraciət edib. Xəstədə əsasən eşitmənin konduktiv tipdə zəifləməsi və irinli ifrazat müşahidə olunub.
Aparılan müayinələrdən sonra qranulyasion toxumaların aradan qaldırılması məqsədilə radikal mastoidektomiya əməliyyatının icrasına qərar verilib. Əməliyyat zamanı qulağın arxa hissəsindən kəsik aparılaraq antrum (mağara) nahiyəsinə daxil olunub, qranulyasion toxumalar xaric edilib və orta qulaqla əlaqələndirici keçidlər təmizlənib.
Bildirilib ki, bu tip əməliyyatlar yüksək dəqiqlik tələb edir. Belə ki, əməliyyat sahəsindən üz siniri keçdiyindən onun zədələnməsi “fasiya lis” (üz siniri iflici) kimi ağırlaşmalara səbəb ola bilər. Eyni zamanda, mastoid çıxıntı nahiyəsində yerləşən yarımdairəvi kanalların zədələnməsi başgicəllənmə və daxili qulaq funksiyasının pozulması ilə nəticələnə bilər.
Qeyd edək ki, xəstə bir neçə ay əvvəl burun və udlaq nahiyəsində iltihabi prosesin aradan qaldırılması məqsədilə adenotonzillektomiya əməliyyatı da keçirib. Hazırda isə əsas problemə səbəb olan qulaq patologiyası cərrahi yolla aradan qaldırılıb.
Sonda vurğulanıb ki, vaxtında və düzgün aparılan cərrahi müdaxilə eşitmə funksiyasının qorunmasında və ağırlaşmaların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654