Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova hər bir insanın mütləq bilməli olduğu və gizli təhlükələrdən qoruyan mühüm laborator müayinələrlə bağlı vətəndaşlara müraciət edib.
Azmedinfo.az xəbər verir ki, professor müraciətində hər kəsi öz sağlamlığına qarşı diqqətli olmağa çağırıb:
"Sizə bir sual verim: Ürəyinizin hazırkı vəziyyətini həqiqətən bilirsinizmi? Yoxsa heç bir yeriniz ağrımadığı üçün özünüzü tam sağlam hesab edirsiniz? Bu gün hər bir insanın mütləq bilməli olduğu və vaxtında verildikdə həyatınızı qurtara biləcək üç ən vacib analizdən danışacağam".
Gülnaz Dadaşovanın sözlərinə görə, birinci mühüm müayinə xolesterin analizidir: "Bir çox insanın yol verdiyi ciddi bir səhv var. Bəzən sadəcə ümumi xolesterinin səviyyəsinə baxılır ki, bu da tam mənzərəni görmək üçün kifayət deyil. Ürək-damar sağlamlığını dəqiq qiymətləndirmək üçün aşağı sıxlıqlı lipoproteinlər, yüksək sıxlıqlı lipoproteinlər, triqliseridlər və aterogenlik indeksi birlikdə analiz edilməlidir.
İnsanlar arasında yayılan yanlış təsəvvürlərə aydınlıq gətirən professor qeyd edib: "Çoxları elə düşünür ki, əgər bədən quruluşu arıqdırsa, deməli xolesterin də normal olmalıdır. Lakin bu yanaşma doğru deyil, biz çox vaxt praktikada bunun tam tərsini görürük. Eyni zamanda, irsi xarakter daşıyan ürək-damar xəstəliklərini öncədən proqnozlaşdırmağa imkan verən 'Lipoprotein (a)' analizinin də edilməsi son dərəcə zəruridir".
Kardioiloq qeyd edib ki, ikinci vacib müayinə qlikozilləşmiş hemoqlobin analizidir. Bu göstərici son üç ay ərzində qanda olan şəkərin orta miqdarını tam dəqiqliyi ilə əks etdirir. Analizin ən böyük üstünlüyü ondan ibarətdir ki, o, adi acqarına qan analizində görünməyən gizli şəkərli diabeti erkən mərhələdə aşkara çıxarmağa imkan verir.
Həkim üçüncü mühüm göstəricinin isə yüksək həssaslıqlı C-reaktiv zülal analizi olduğunu bildirib: "Bu laborator göstərici orqanizmdə gedən və heç bir simptom verməyən gizli iltihab proseslərini, eləcə də yaxın gələcəkdə yarana biləcək ürək-damar risklərini aydınlaşdırmaq üçün həlledici rol oynayır".
"Sevindirici haldır ki, qeyd etdiyim bu həyatı analizlərin hamısı institutumuzun ən müasir, yüksək texnologiyalı laboratoriyasında icbari tibbi sığorta çərçivəsində tam ödənişsiz olaraq həyata keçirilir. Unutmayın, ürəyinizi qoruyun və sevin, çünki onun içində sevdikləriniz var", - sonda professor vurğulayıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654