Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 17:05
Əlaqə vasitələri
Bizimlə əlaqə
Füzulidə uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib
30 İyul 2026
204
Füzulidə uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib

Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması və tibbi xidmətlərə çıxış imkanlarının artırılması məqsədilə Füzuli rayonunda növbəti maarifləndirici və tibbi aksiya təşkil olunub.

 

Azmedinfo.az xəbər verir ki, 25–26 iyul tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən ödənişsiz tibbi müayinə aksiyasında müxtəlif yaş qruplarından olan uşaqlar pediatrik müayinədən keçirilib.

 

Aksiyada Respublika Pediatriya Mərkəzinin pediatrı Könül Ağayeva iştirak edərək uşaqların sağlamlıq vəziyyətini qiymətləndirib, valideynlərə uşaqların düzgün qidalanması, profilaktik tədbirlər və sağlamlıqla bağlı mühüm tövsiyələr verib.

 

İki gün davam edən aksiya çərçivəsində 300-dən çox uşaq müayinə olunub. Müayinələr zamanı uşaqların ümumi sağlamlıq göstəriciləri dəyərləndirilib, ehtiyac müəyyən edilən hallarda əlavə müayinələrin aparılması və müalicə istiqamətləri ilə bağlı valideynlərə müvafiq məsləhətlər təqdim edilib.

 

Qeyd edək ki, bu cür aksiyalar regionlarda yaşayan uşaqların sağlamlığının mühafizəsinə, xəstəliklərin erkən aşkarlanmasına və valideynlərin tibbi maarifləndirilməsinə mühüm töhfə verir.

Ən çox oxunanlar