Ekspertimiz - M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq cərrahlığı şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərgiz Məmmədova rektosele əməliyyatına qərar verərkən nəzərə alınmalı vacib amillərdən, prosedurun potensial risklərindən və ən effektiv müalicə yanaşmalarından danışıb.
Rektosele problemi yaşayan pasiyentlər üçün düzgün müalicə metodunu seçmək hansı faktorlardan asılıdır?
Hansı hallarda cərrahi müdaxilə qaçılmaz olur?
Əməliyyat sonrası bərpa prosesi necə keçir?
Azmedinfo.az oxucularına rektosele əməliyyatı ilə bağlı vacib məqamları və tanınmış həkim, cərrah Nərgiz Məmmədovanın dəyərli tövsiyələrini təqdim edir.
Rektosele dərəcəsinin müəyyən olunması
Nərgiz Məmmədova bildirir ki, rektosele əməliyyatına qərar verilməzdən əvvəl, ilk növbədə xəstəliyin dərəcəsi dəqiqliklə müəyyən edilməlidir. Xəstəliyin ilkin mərhələlərində diaqnoz, əsasən, pasiyentin şikayətləri və obyektiv müayinə nəticələrinə əsasən qoyulur. Bəzi hallarda xəstədə rektosele olsa belə, heç bir ciddi narahatlıq müşahidə olunmur. Belə vəziyyətlərdə bağırsağın peristaltik fəaliyyəti kifayət qədər normal işlədiyindən xəstə gündəlik həyatında heç bir çətinlik hiss etmir.
Əgər pasiyentin şikayətləri varsa və bu vəziyyət onun gündəlik həyat keyfiyyətinə mənfi təsir edirsə, mütləq peşəkar müayinə aparılmalı və xəstəliyin dərəcəsi dəqiq təyin edilməlidir. Həkimin sözlərinə görə, cərrahi müdaxiləyə ehtiyac olub-olmadığı yalnız bu şikayətlərin əsasında müəyyən olunur.
Cərrahi müdaxilənin riskləri
Rektosele əməliyyatı zamanı yaranan risklərdən bəhs edən Nərgiz Məmmədova xüsusilə vurğulayır ki, bu prosedur əsasən uşaqlıq yolunun arxa divarı üzərində aparılır. Təcrübəli cərrahlar belə bu incə əməliyyat zamanı yüksək diqqət tələb olunduğunu bildirirlər. Əgər cərrahi müdaxilə texniki cəhətdən düzgün aparılmazsa, düz bağırsağın ön divarı zədələnə bilər.
Həkim bu risklə bağlı daha ətraflı izah edib: "Əməliyyat zamanı baş verən bu cür zədələnmələr bəzən dərhal hiss olunmur. Lakin sonradan pasiyentdə rektovaginal fistul deyilən ağır bir patologiya yarana bilər. Belə hallarda nəcis düz bağırsaqdan uşaqlıq yoluna keçə bilər ki, bu da olduqca təhlükəli bir ağırlaşmadır. Bundan əlavə, əgər əməliyyat düzgün aparılmazsa, xəstənin ilkin şikayətləri olduğu kimi qala bilər."
Mütəxəssis əlavə edir ki, əməliyyat zamanı əsas məqsəd düz bağırsağın əzələlərini düzgün müəyyən edərək qaçan toxuma liflərini bərpa etməkdir. Yalnız bu şərtlər yerinə yetirildikdə əməliyyat uğurlu alınır və xəstənin həyat keyfiyyəti yaxşılaşır.
Beləliklə, rektosele əməliyyatı ciddi peşəkarlıq və dəqiqlik tələb edən bir prosedurdur. Pasiyentlərin əməliyyat barədə ətraflı məlumat alaraq, təcrübəli və ixtisaslaşmış mütəxəssislərə müraciət etməsi bu prosesin uğurlu nəticələnməsində əsas amillərdən biridir.
Həkimlə əlaqə:
Telefon: (+994) 50 3232368
(+994) 99 3232368
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654