Arteriovenoz malformasiyaların (AVM) cərrahi müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Ötən il ərzində icbari tibbi sığorta hesabına 52 AVM əməliyyatı icra olunub.
Azmedinfo.az xəbər verir ki, AVM beyin və ya onurğa beynində qeyri-normal damar birləşmələri nəticəsində yaranan damar dolaşıqlığıdır. AVM-lər anadangəlmə qüsur sayılır və dünyada nadir xəstəlik hesab olunur. Bir çox insanlarhəyatı boyunca heç bir simptom olmadan yaşayır.
Bu vəziyyət qan axınının düzgün tənzimlənməsini pozur və zamanla beyin qanaxmalarına, epileptik tutmalara, əzələ zəifliyinə (iflic), insult və digər nevroloji problemlərə səbəb ola bilər. Yerləşməsindən asılı olaraq ətraf funksiyaların pozulması (hərəkətləri koordinasiya etmə qabiliyyətinin) halı da baş verə bilər.
Xəstəlik şiddətli baş ağrıları, bədənin müxtəlif hissələrində uyuşma, görmənin zəifləməsi və ya itməsi, eləcə də danışıqda çətinliklər kimi ciddi simptomlarla özünü göstərə bilər.
Belə ki, AVM-nin cərrahi müalicəsi onun yerləşdiyi bölgə, ölçüsü, xəstənin yaşı və digər amillər əsasında aparılır. Tibbi göstəriş olduğu təqdirdə əməliyyat açıq üsulla icbari tibbi sığorta çərçivəsində icra olunur.
Məlumat üçün bildirək ki, xəstəliyin dəqiq diaqnozu üçün müasir diaqnostik üsullar tətbiq edilir. Müayinələr sırasında MRT, KT, beynin bioelektrik fəaliyyətini ölçmək üçün elektroensefalogram (EEG), doppler vəserebral angiografiyayer alır.Əlavə olaraq, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçünqan analizi və digər laborator müayinələr də tələb oluna bilər.Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabınagöstərilir.Bununla yanaşı, stasionar yatış zamanı istifadə olunan dərman, tibbi sərfiyyat və gündəlik qidalanma da icbari tibbi sığortaya daxildir.
Bu əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndəriş vərəqəsi əsasında həyata keçirilir.
Onu da əlavə edək ki, cərrahi əməliyyat nəticəsində beynin funksiyaları qorunur, həyat keyfiyyəti yaxşılaşır və gələcəkdə yarana biləcək ciddi nevroloji risklər aradan qaldırılır. Xəstələr əməliyyat sonrası tibbi nəzarətdə qalmalı, həyattərzlərinə diqqət etməli və yeni simptomlar müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654