Ötən həftə Bakıda keçirilən Beynəlxalq Radiofarmasevtik Terapiya Simpoziumu – ISRT 2025 onkoloji xəstəliklərin müalicəsində radionuklid terapiya sahəsində son yeniliklərin təqdimatı və dərin elmi müzakirələrlə yadda qalıb.
Azmedinfo.az xəbər verir ki, simpozium Ümumdünya Radiofarmasevtik və Molekulyar Terapiya Assosiasiyası (WARMTH) və Azərbaycan Nüvə Təbabəti Cəmiyyətinin (ASNM) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış mütəxəssislər, alimlər və tibb sahəsində aparıcı klinik təcrübəyə malik həkimlər radionuklid diaqnostika və müalicə metodları, eləcə də onların klinik praktikadakı effektivliyi mövzusunda fikir mübadiləsi aparıblar. Əsas vurğulanan məqamlardan biri multidisiplinar yanaşmanın onkoloji xəstəliklərin bütün mərhələlərində əhəmiyyəti olub.
Simpoziumda nüfuzlu həkim-onkoloq, klinik praktikada və elmi araşdırmalarda təcrübəsi ilə tanınan Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri Dr. Altay Əliyev hepatosellular xərçəngin müalicə tarixi və yeni yanaşmalarla bağlı məruzə ilə çıxış edib. O, keçmişdə geniş tətbiq edilən sitotoksik kimyaterapiya metodlarının məhdud effektindən söz açaraq, son onillikdə tətbiq edilən immunterapiya və tirozinkinaz inhibitorları ilə bağlı beynəlxalq tədqiqatların nəticələrini dəyərləndirib.
Həkim müasir onkologiyanın ən aktual istiqamətlərindən biri olan kombinasiya terapiyası barədə geniş məlumat verərək, immun və hədəf müalicə yanaşmalarının transarterial kemoembolizasiya və transarterial radyoembolizasiya kimi invaziv prosedurlarla birgə tətbiqinin klinik nəticələrini təqdim edib. Onun təqdim etdiyi məlumatlar sağqalım müddətləri və xəstəliksiz sağqalım göstəricilərinin əhəmiyyətli şəkildə yaxşılaşdığını göstərib.
Dr. Altay Əliyevin çıxışı, yalnız elmi baxımdan deyil, həm də klinik praktikada tətbiq imkanları baxımından böyük maraq doğurub və simpozium iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, WARMTH radiofarmasevtik terapiya və terapevtik nüvə təbabətinin inkişafını təşviq edən, bu sahədə bilik və təcrübə mübadiləsini dəstəkləyən qlobal qeyri-kommersiya təşkilatıdır. Təşkilat radionuklid terapiyaya qlobal çıxışın artırılması, elmi biliklərin yayılması və bəşəriyyətin sağlamlığı üçün teraqnostik yanaşmanın geniş tətbiqini öz missiyası hesab edir.
Azərbaycan tərəfdaşı olan ASNM isə ölkədə nüvə təbabətinin inkişafını, müasir müalicə metodlarının tətbiqini və bu sahədə kadr potensialının artırılmasını qarşısına məqsəd qoyub.
ISRT 2025 təkcə region üçün deyil, bütün dünya üzrə terapevtik nüvə təbabəti sahəsində əməkdaşlığın və bilik inteqrasiyasının gücləndirilməsi baxımından mühüm addım olub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654