İyunun 21-də Bakıda Liv Bona Dea Beynəlxalq Hospitalında “Mədə Xərçənginə Müasir Baxış – hər yönü ilə mədə xərçəngi” adlı elmi-praktik konfrans öz işinə başlayıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.
Tədbirdə çıxış edən Liv Bona Dea Hospitalın baş həkimi Cabir Gülmalıyev konfransı açıq elan edib, konfransın mövzusunun həkim və cərrahlar üçün önəmini diqqətə çatdırıb. Baş həkim konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfransa Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının sədri, tanınmış alim Altay Əliyev rəhbərlik edib. Konfransın sədri plenar iclasda çıxışı zamanı mədə xərçənginin ölkəmizdə və dünyada artan statistikası fonunda bu cür tədbirlərin zəruriliyini vurğulayıb, multidisiplinar əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin və Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, eləcə də Azmedinfo.az səhiyyə portalının informasiya dəstəkçisi olduğu bu elmi-praktik konfransın əsas məqsədi mədə xərçənginin erkən diaqnostikasını təşviq etmək, xəstəliyin erkən mərhələdə aşkarlanmasının xəstə sağqalımı və müalicə effektivliyi baxımından əhəmiyyətini vurğulamaq, müasir müalicə protokolları və texnologiyalarla tanışlıq, onkoloji, cərrahi və endoskopik yanaşmalardakı yenilikləri mütəxəssislərlə paylaşmaq, multidisiplinar əməkdaşlığı gücləndirmək, onkoloq, qastroenteroloq, cərrah və patoloq kimi müxtəlif ixtisas sahibləri arasında klinik əməkdaşlığı artırmaq, elmi məlumat və təcrübə mübadiləsi yaratmaq, həkimlər arasında klinik təcrübələrin, yerli və beynəlxalq araşdırmaların təqdim olunmasına şərait yaratmaq və həkimlərin davamlı tibbi təhsilini dəstəkləməkdir.
Konfransda mədə xərçənginə dair müasir tibb elminin, səhiyyə və cərrahiyyənin aktual çağırışlarına cavab verən məruzələr dinləniləcək. Konfransın proqramında, total və subtotal qastrektomiyaya dair cərrahi əməliyyatın canlı bağlantı vasitəsilə təqdimatı da yer alıb.
Elmi konfrans Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil (DTT) krediti ilə akkreditasiya olunacaqdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654