İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində vətəndaşlara təqdim olunan məlumatların daha əlçatan olması və saytın funksionallığının artırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib. Belə ki, “Tibb müəssisələrinin axtarış sistemi” bölməsi yenilənib. Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib.
Azmedinfo.az xəbər verir ki, bu dəyişikliklə vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində müraciət edə biləcəkləri bütün dövlət tibb müəssisələrini vahid platforma üzərindən asanlıqla axtarıb tapa bilirlər.
Eyni zamanda, sayta abunəlik funksiyası da əlavə olunub. Bu funksiya istifadəçilərə Agentliyin portalında yerləşdirilən yenilik, xəbər və vakansiyalar barədə elektron poçt vasitəsilə məlumat almağa şərait yaradır. Vətəndaşlar bu funksiyadan istifadə etməklə icbari tibbi sığorta barədə gündəlik yenilikləri daha operativ izləyə bilərlər.
Sayt üzərində həyata keçirilən digər mühüm texniki dəyişikliklərdən biri də interaktiv xəritə funksionallığının genişləndirilməsidir. Artıq həm “Tibb müəssisələrinin axtarışı sistemi”, həm də “Filiallar” bölməsində istifadəçilər öz mövcud məkan məlumatlarına əsasən yaxınlıqda yerləşən dövlət tibb müəssisələrini və Agentliyin regional filiallarını xəritə üzərində birbaşa görə bilirlər.
İstifadəçilərin informasiya axtarışı zamanı yarana biləcək suallarını da nəzərə alaraq saytın müxtəlif bölmələrinə tez-tez ünvanlanan suallardan ibarət “Ən çox verilən suallar” hissəsi əlavə edilib. Bu yanaşma istifadəçilərə məlumatı birbaşa səhifə daxilində əldə etmək və yaranmış suallara dərhal cavab tapmaq imkanı yaradır.
Son olaraq, istifadəçi məmnuniyyətinin artırılması məqsədilə məlumat təqdim edən səhifələrdə qiymətləndirmə və rəy bildirmək imkanları yaradılıb. İstifadəçilər bu səhifələrdə yerləşdirilən məlumatların faydalılığını qiymətləndirməklə yanaşı, əlavə fikir və təkliflərini də birbaşa təqdim edə bilirlər. Bu dəyişiklik Agentliyin saytına dair ictimai rəyin öyrənilməsinə və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır.
Qeyd olunan yeniliklər Agentliyin rəqəmsal xidmətlərinin səmərəliliyini artırmaq, vətəndaşlarla interaktiv əlaqəni gücləndirmək və istifadəçi təcrübəsini davamlı olaraq yaxşılaşdırmaq istiqamətində atılan addımlardır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654