Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 10:33
Əlaqə vasitələri
Bizimlə əlaqə
Hətta bir tikə belə sağlamlığa necə mənfi təsir edir?  
19 İyul 2025
382
Hətta bir tikə belə sağlamlığa necə mənfi təsir edir?  

Hətta az miqdarda kolbasa istifadəsi ürək xəstəlikləri ilə əlaqələndirilir.

 

Sosis və kolbasalar ultraemal olunmuş məhsullardır. Qidalanma üzrə mütəxəssis Nazire Foruhiqinin sözlərinə görə, bu məhsullar təkcə əlavələr deyil, həm də mürəkkəb texnoloji emaldan keçir. Bu isə onların sağlamlıq üçün risk daşıması deməkdir.

 

Azmedinfo.az "Pravda" nəşrinə istinadən yazır ki, dietoloq Daqmas Xaylenin sözlərinə görə, bu cür məhsulların hətta az miqdarda qəbulu belə ciddi xəstəliklərin – o cümlədən ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet və bəzi xərçəng növlərinin yaranma ehtimalını artırır. Təhlükəsiz qəbul miqdarı mövcud deyil: nə qədər az istehlak olunarsa, bir o qədər yaxşıdır.

 

Bununla belə, qidalanma üzrə mütəxəssis Günter Künli daha rahat yanaşmanı tövsiyə edir. Onun fikrincə, qidalanma yalnız qida maddələrinin toplusu deyil, eyni zamanda gündəlik həyatımızın bir hissəsi, zövq mənbəyidir. Buna görə də, əsas qidalanma prinsipləri sağlam qaldığı müddətcə, ara-sıra bir dilim kolbasa və ya sosis yemək qəbahət sayılmamalıdır.

 

Nələr əsas qida rasionunda olmalıdır?

Mütəxəssislərin fikrincə, balanslı qidalanmanın əsasını aşağıdakılar təşkil etməlidir:

  • tərəvəz və meyvələr

  • paxlalılar

  • tam taxıllı məhsullar

Kolbasa və sosislərə isə vərdiş deyil, istisna kimi yanaşmaq lazımdır.

 
 
 
Ən çox oxunanlar