Yeni innovativ inkişaf strategiyası “Cəmiyyət 5.0” müasir cəmiyyətin üzləşdiyi aktual problemlərin həlli məqsədi ilə hazırlanmış və Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olan social,ekoloji və iqtisadi tərəqqinin universal modeli kimi pozisiyalandırılmışdır. Bu konsepsiya insan, təbiət və texnologiyanın simbiozuna nail olmaqla yeni dəyərlərin yaradılmasını təşviq edir.
İqtisadiyyatın və cəmiyyətin təkamülünün müasir tendensiyaları – qloballaşma, urbanizasiya, rəqəmsallaşma, artan beynəlxalq rəqabət, eləcə də texnogen, sosial və ekoloji problemlər bu çağırışlara cavab tapmaq zərurətini müəyyənləşdirir.
Azmedinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi, Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Günel Məmmədovanın "Cəmiyyət 5.0-da tibbi turizmin inkişaf etdirilməsi üçün “Səhiyyə 4.0” konsepsiyasının əhəmiyyəti" mövzusunda məqaləsində bəhs edilib. Məqaləni təqdim edirik:
Heç kəsə sirr deyil ki, sağlamlıq insanın aktiv həyatı və normal yaşaması üçün vacib amildir. Cəmiyyətin əmək, sosial, intellektual və demoqrafik potensialının inkişafı da səhiyyənin vəziyyətindən asılıdır. Bu baxımdan, hər bir insan üçün xoşbəxt ömür sürməyin açarı sağlamlığının qeydinə qalmaqdır.
Sanatoriya-kurort turizmi tibb, iqtisadiyyat, tarix, sosiologiya, coğrafiya və bir sıra digər elmlərə təsir edən mürəkkəb və çoxşaxəli turizmin çox vacib bir hissəsidir.
Müşahidələr onu deməyə əsas verir ki, müasir dövrdə tibbi turizm gen keçdikcə daha geniş areala yayılır, daha çox insana xidmət göstərir. Belə ki, bir çox xəstəliklər üçün kəskin dövrlərdə remissiya prosesi davam edərkən, medikamentoz müalicə olmadan ən təsirli və geniş tətbiq edilən sanatoriya-kurort müalicəsi kompleksidir. Kurortda bütün müalicəvi və profilaktik tədbirlər xəstəlik və insan orqanizminin həyat tonusunun və dözümlülüyünün xüsusiyyətləri nəzərə alınmaqla kompleks terapiyada aparılır.
Bu gün sanatoriya-kurort xidmətləri bazarında sanatoriyanın uğuru sağlamlıq və ya terapevtik effektivlik və xərclərin minimuma endirilməsi sayəsində yüksək mənfəət təmin edən texnologiyalara əsaslanan innovativ layihələrlə müəyyən edilir. İnnovasiya elmi nailiyyətlərdən, qabaqcıl təcrübələrdən istifadəyə əsaslanan, sistemin səmərəliliyinin və xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin edən texnika, texnologiya, işin təşkili və ya idarə edilməsi sahəsində yeni inkişafdır. Bir sıra ölkələr rəqəmsallaşmaya əsaslanan uzunmüddətli inkişaf strategiyaları qəbul edirlər.
Səhiyyə 4.0 konsepsiyası
Elmi ədəbiyyatda, qlobal mediada “Sağlamlıq 4.0”, “Səhiyyə 4.0” günbəgün daha geniş vüsətlə yayılır. Onlar özlərində tibbin rəqəmsallaşdırılmasının inkişafını nümayiş etdirməklə yanaşı, IV Sənaye İnqilabının çağırışları fonunda virtuallaşdırmanın və tibbi məlumatların emalının innovativ imkanlarının həyata keçirilməsi yollarını təklif edirlər.
Səhiyyə 4.0 konsepsiyası Sənaye 4.0 konsepsiyasını tibbi informasiya sistemlərindən və böyük verilənlərdən istifadə edən səhiyyə təşkilatlarının inkişafı baxımından genişləndirir. Böyük miqdarda məlumat mübadiləsinə əsaslanan xəstə mərkəzli sistem səhiyyə xidmətinin yaxşılaşdırılmasına səbəb ola bilər. Yenilik səhiyyə təşkilatını xəstəyə aktiv subyekt kimi fərdiləşdirilmiş xidmətlər göstərə bilən inteqrasiya olunmuş mərkəzə çevirməkdir.
Araşdırılmaya cəlb edilən tədqiqat və inkişaf sahələrinə bioinformatika, səhiyyənin informasiyalaşdırılması, kiber-fiziki sistemlər, Əşyaların İnterneti, süni intellekt, robototexnika, bulud hesablamaları və informasiya təhlükəsizliyi daxildir. Bundan əlavə, Səhiyyə 4.0 konsepsiyası xəstənin ətraf mühiti, genetikası və həyat tərzi haqqında məlumat və biliyə əsaslanan effektiv müalicə yanaşmalarını müəyyən etmək məqsədi daşıyan dəqiq fərdiləşdirilmiş tibblə sıx bağlıdır.
“Keyfiyyət 4.0” konsepsiyasının tibbi turizmə töhfələri
“Keyfiyyət 4.0” strategiyası rəqəmsal əsrdə tədris, planlaşdırma və fəaliyyət zamanı nəzərə alınmalı olan on bir sahəni əhatə edir: verilənlər, analitika, qarşılıqlı əlaqə, əməkdaşlıq, proqram inkişafı, miqyaslılıq, idarəetmə sistemləri, uyğunluq, mədəniyyət, liderlik, səriştə.
Bu gün bir çox ölkədə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin vəziyyəti onu deməyə əsas verir ki, tibbi turizm sahəsində innovative yeniliklərə nail olmaq məqsədilə “Keyfiyyət 4.0”ın imkanlarından tam istifadə etməzdən əvvəl ilk növbədə keyfiyyətə standart yanaşmalar tətbiq etməlidirlər.
Tibb müəssisələrinin, xüsusilə sanatoriya-kurort xidmətində fəaliyyət göstərən müəssisələrin innovativ inkişafı üçün təkcə rəqəmsallaşmanın imkanlarını və keyfiyyətin idarə edilməsinə yeni informasiya texnologiyalarının tətbiqini deyil, həm də Dördüncü Sənaye İnqilabının özünün təsirini və rəqəmsallaşmanın müxtəlif aspektlərinin keyfiyyətin idarə edilməsinə yanaşmalara təzahürünü nəzərə almaq lazımdır.
Öz fəaliyyətini elmin və texnologiyanın yeniliklərinə söykəməyə çalışan sanatoriya-kurort müəssisələri rəqəmsal texnologiyalar tətbiq etməklə vətəndaşların yeni ehtiyaclarını və gözləntilərini ilkin mərhələdə müəyyənləşdirməyə və həyata keçirməyə çalışır. Sanatoriya mütəxəssisləri informasiyalaşdırma və rəqəmsallaşma, “Cəmiyyət 5.0”ın inkişafı ilə bağlı xəbərləri diqqətlə izləyir və “Keyfiyyət 4.0” strategiyasının bütün istiqamətləri üzrə fəaliyyətin təkmilləşdirilməsi yollarını hazırlayır: verilənlərdən istifadə, analitika, qarşılıqlı əlaqə, əməkdaşlıq, tətbiqlərin inkişafı, miqyaslılıq, idarəetmə sistemləri, uyğunluq, mədəniyyət, liderlik, səriştə və s.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654