Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
23 Aprel 2026, Cümə axşamı, 17:15
Əlaqə vasitələri
Bizimlə əlaqə
Endokrinoloq “bazar ertəsi nifrəti sindromu” ilə mübarizə yollarını sadalayıb
23 İyul 2025
290
Endokrinoloq “bazar ertəsi nifrəti sindromu” ilə mübarizə yollarını sadalayıb

Bazar ertəsi günlərinə qarşı yaranan nifrət sadəcə zarafat mövzusu deyil, bir çox insanın gündəlik həyatında real narahatlığa səbəb olan ciddi psixofizioloji problemdir. Endokrinoloq Zuxra Pavlova bu sindromdan qurtulmağın yolları barədə danışıb.

 

Azmedinfo.az xəbər verir ki, "MK v Volqoqrade" nəşrinin yazdığına görə, bazar ertəsinə qarşı antipatiya təkcə işə gedən insanlar arasında deyil, artıq əmək fəaliyyətini dayandırmış şəxslərdə – o cümlədən pensiyaçılarda da rast gəlinir. Çin alimlərinin araşdırmaları göstərir ki, həftənin ilk günü artan həyəcan hissi orqanizmdə stress hormonu – kortizolun səviyyəsini yüksəldir, bu da immunitetin zəifləməsinə və emosional tükənməyə gətirib çıxarır.

 

Bu vəziyyətlə necə mübarizə aparmalı? Həkimin fikrincə, əsas yol işə və məhsuldarlığa yanaşmanı dəyişməkdir. Əgər insan daim maksimum nəticə əldə etməyə çalışmaq əvəzinə daha balanslı və real gözləntilərlə yaşasa, onda iş günləri də o qədər yorucu və tükəndirici görünməz.

Ən çox oxunanlar