Açıq ürək əməliyyatlarında istifadə üçün Türkiyə Sağlamlıq İnstitutları Başkanlığı (TÜSEB) və ASELSAN tərəfindən birgə hazırlanmış yerli ürək-ağciyər aparatının Ankara Bilkənt Şəhər Xəstəxanasında keçirilən ilk qan testləri uğurla nəticələnib.
Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, TÜSEB-in rəhbəri professor Ümit Kervanın bildirdiyinə görə, layihə çərçivəsində ASELSAN və Bilkənt Şəhər Xəstəxanası yaxından əməkdaşlıq ediblər. İlk laboratoriya testləri xəstəxananın ürək-damar cərrahiyyəsi bölməsində aparılıb. ASELSAN mühəndisləri təxminən iki həftə xəstəxanada fəaliyyət göstərərək yerli komandalarla birlikdə sınaqları həyata keçiriblər.
Professorun sözlərinə görə, qan testlərinin uğurlu nəticələrindən sonra növbəti mərhələ olan heyvan üzərində testlər də müsbət nəticə verib. İndi klinik sınaqlara başlanması planlaşdırılır. Onun bildirdiyinə görə, bu cihaz olmadan açıq ürək əməliyyatları mümkün deyil və cihazın 90%-dən çox hissəsi yerli mühəndislər tərəfindən hazırlanıb. Klinik sınaqların bu payız başlanması, 2026-cı ilin əvvəlində isə tamamlanması nəzərdə tutulur.
Yüksək standartlı cihaz, beynəlxalq bazarda yerini tuta bilər
Türkiyədə hər il təxminən 85 min açıq ürək əməliyyatı aparılır və bunun yarısı koronar bypass üsulu ilə həyata keçirilir. Professor qeyd edib ki, əvvəllər yalnız böyük şəhərlərdə edilən bu əməliyyatlar artıq ölkənin əksər bölgələrində də uğurla aparılır.
Hazırda dünyada ürək-ağciyər aparatı istehsal edən cəmi 3 şirkət var və bazarın böyük hissəsini yalnız iki firma tutur. Yüksək standartlara cavab verən yerli cihaz beynəlxalq səviyyədə də rəqabət apara biləcək. O, Bilkənt və Etlik Şəhər Xəstəxanalarında qurulan texnologiya transfer ofislərinin bu prosesə böyük töhfə verdiyini bildirib.
Yerli istehsal xarici asılılığı azaldacaq
Ankara Bilkənt Şəhər Xəstəxanasının Baş həkimi professor Levent Öztürk isə qeyd edib ki, 4 min 50 çarpayı və 130 əməliyyatxana ilə bu xəstəxana təkcə Türkiyənin deyil, Avropanın da ən böyük tibb müəssisələrindəndir. O bildirib ki, pandemiya dövründə ventilator çatışmazlığına qarşı yerli istehsalın böyük əhəmiyyəti oldu və bu təcrübə digər cihazlara da tətbiq olunmalıdır.
L.Öztürkün sözlərinə görə, yerli tibbi cihazların istehsalı valyutanın xaricə axınının qarşısını alacaq, ölkə daxilində elmi-tədqiqat işlərini təşviq edəcək və xarici asılılığı azaldacaq. O, Bilkənt Şəhər Xəstəxanasının həm də elmi-tədqiqat və tədris mərkəzi olaraq bu istiqamətdə üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
Digər innovativ layihələr də gündəmdədir
TÜSEB rəhbəri əlavə edib ki, artıq glükozun izlənməsi üçün cihaz hazırlanıb və klinik sınaqların son mərhələsinə keçilib. Gələcəkdə ultrasəs və hemodializ cihazlarının da yerli imkanlarla hazırlanması planlaşdırılır. Bu layihələr də yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654