Xəstəxanada müalicə alan 958 150 yetkin pasiyentin məlumatlarının təhlil edildiyi araşdırmada qadın həkimlərin nəzarətində olan xəstələrdə 30 günlük ölüm göstəricisi 12,3 faiz, kişi həkimlərin nəzarətində ol an xəstələrdə isə 13,7 faiz təşkil edib.
Azmedinfo.az "Medimagazin"ə istinadən yazır ki, Xəstəxanada geniş yayılmış xəstəliklər səbəbindən müalicə alan yetkin pasiyentlər arasında qadın həkimlərin tibbi yardım göstərdiyi şəxslərdə ölüm və yenidən xəstəxanaya yerləşdirilmə göstəricilərinin kişi həkimlərin müalicə etdiyi pasiyentlərlə müqayisədə daha aşağı olduğu bildirilib.
Toronto Universitetinin tədqiqatçılarının rəhbərliyi ilə ICES tərəfindən aparılan araşdırmanın nəticələri JAMA Network Open jurnalının oktyabr sayında dərc olunub.
Tədqiqatçılar bildiriblər ki, nəticələr qadın həkimlərin göstərdiyi tibbi yardım ilə xəstəxanada müalicə alan pasiyentlərdə qısamüddətli və uzunmüddətli nəticələrin daha yaxşı olması arasında əlaqənin mövcudluğuna işarə edir.
958 150 pasiyentin məlumatları təhlil edilib
Araşdırmada 2008-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək kəskin miokard infarktı və pnevmoniya da daxil olmaqla, yeddi geniş yayılmış tibbi diaqnozdan biri ilə xəstəxanaya yerləşdirilmiş 958 150 yetkin pasiyentin məlumatları qiymətləndirilib.
Pasiyentlərin 259 759-na qadın, 698 391-nə isə kişi həkimlər tibbi yardım göstərib.
Xəstəxanada müalicə zamanı pasiyentə nəzarətin bir neçə həkim arasında bölüşdürülə bilməsini nəzərə alan tədqiqatçılar nəticələrin həm müalicəyə əsas məsuliyyət daşıyan həkimin cinsindən, həm də pasiyentin xəstəxanada qaldığı müddətdə qadın həkimlərdən nə dərəcədə tibbi yardım almasından asılı olaraq dəyişib-dəyişmədiyini araşdırıblar.
30 günlük ölüm göstəricisi 12,3 faizə qarşı 13,7 faiz olub
Qadın həkimlərin tibbi yardım göstərdiyi pasiyentlər arasında 30 günlük ölüm göstəricisi 12,3 faiz təşkil edib. Kişi həkimlərin müalicə etdiyi pasiyentlərdə isə bu göstərici 13,7 faiz olub.
Yenidən xəstəxanaya yerləşdirilmə göstəricisi qadın həkimlərin müalicə etdiyi pasiyentlərdə 18,6 faiz, kişi həkimlərin müalicə etdiyi pasiyentlərdə isə 18,9 faiz təşkil edib.
Xəstəxanada qaldığı müddətdə qadın həkimlərdən daha çox tibbi yardım alan pasiyentlərdə 30 gün ərzində ölüm ehtimalının 7 faiz daha aşağı olması da müəyyən edilib.
Məlumata görə, 90 günlük və birillik müşahidə dövrlərində də oxşar nəticələr əldə olunub.
Fərqin mümkün səbəbləri araşdırılır
Tədqiqatçılar qadın həkimlərin pasiyentyönümlü ünsiyyətə daha çox üstünlük verməsinin və xəstələrlə daha uzun müddət vaxt keçirməsinin müşahidə olunan fərqi izah edə biləcəyini bildiriblər.
Qadın həkimlərin klinik təlimatlara uyğun müalicə təyin etməyə, həmkarları ilə məsləhətləşməyə və qərarların birgə qəbuluna daha çox müraciət etməsi də mümkün amillər arasında qiymətləndirilib.
Bununla belə, araşdırma qeyd olunan davranışların müşahidə edilən nəticələrə birbaşa səbəb olduğunu sübut etmir.
Tədqiqatın aparıcı müəllifi, doktor Angela Jerath bildirib ki, məqsəd həkimlərin bir qrupunu digərindən üstün tutmaq deyil, bütövlükdə səhiyyə sistemində tibbi xidmətin keyfiyyətini yüksəldə biləcək yanaşma və davranışları müəyyənləşdirməkdir.
Pasiyent seçimindən qaynaqlanan qərəz ehtimalı daha aşağı ola bilər
Jerath araşdırmanın üstün cəhətlərindən birinin xəstəxanaya tibbi səbəblərlə yerləşdirilən pasiyentlərin, bir qayda olaraq, özlərinin və ya onları göndərən həkimin seçiminə əsasən deyil, növbəli iş qrafikinə uyğun olaraq həkimlərə yönləndirilməsi olduğunu vurğulayıb.
Tədqiqatçıların fikrincə, bu amil pasiyentin və ya onu xəstəxanaya göndərən həkimin konkret həkimi seçməsindən qaynaqlana biləcək qərəz ehtimalını azalda bilər.
Tədqiqatçılar tibbi yardımın həkimin cinsindən asılı olaraq həqiqətən fərqlənib-fərqlənmədiyini, eləcə də əldə olunan nəticələrin digər səhiyyə sistemlərində və ölkələrdə də müşahidə olunub-olunmadığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261104
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261096
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261058
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261036
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261026
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261024
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261022
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 20261000
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026962
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026908
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026898
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026898
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026876
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026874
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026858
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026848
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026806
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026752
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026732
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026724