Mədə xərçənginin erkən aşkarlanması həyat qurtara bilər. Bu mesajla çıxış edən Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti maarifləndirmə aksiyasının son günündə Bakı metropoliteninin “Qara Qarayev” stansiyasında vətəndaşlarla görüşüb.
Azmedinfo.az xəbər verir ki, “Azərbaycanda mədə xərçəngi ilə bağlı erkən diaqnostikanın təşviqi” layihəsi çərçivəsində keçirilən aksiyada onkoloq və mütəxəssislər vətəndaşlara mədə xərçənginin yaranma riskləri, ilkin əlamətləri və xəstəliyin vaxtında aşkarlanmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb, xəstəliklə bağlı vacib məqamları əhatə edən maarifləndirici bukletlər təqdim olunub.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç gün davam edən aksiyanın əsas məqsədi mədə xərçənginin erkən diaqnostikası barədə ictimai məlumatlılığı artırmaq və insanların sağlamlıqlarına daha diqqətli yanaşmasını təşviq etməkdir.
Qeyd edək ki, mədə xərçəngi ilkin mərhələlərdə əlamətsiz inkişaf edə bilər. Qarının yuxarı hissəsində davamlı ağrı, iştahasızlıq, səbəbsiz çəki itkisi və uzunmüddətli həzm problemləri zamanı həkimə müraciət etmək vacibdir. Helicobacter pylori infeksiyası, tütün məhsullarından istifadə və duzlu, hisə verilmiş qidaların həddindən artıq qəbulu xəstəliyin risk amilləri sırasındadır.
Qlobal Xərçəng Rəsədxanasının məlumatlarına əsasən, mədə xərçəngi Azərbaycanda rastgəlmə tezliyinə görə üçüncü, xərçənglə əlaqəli ölüm hallarına görə isə ikinci yerdədir. Bu baxımdan maarifləndirmə və xəstəliyin vaxtında aşkarlanması istiqamətində tədbirlər xüsusi əhəmiyyət daşıyır.
-
Azərbaycan elmi ictimaiyyəti akademik Ədilə Namazovanın 100 illik yubileyini qeyd edibƏn çox oxunanlar23 Oktyabr 20261138
-
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunubƏn çox oxunanlar25 Oktyabr 20261092
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261084
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261070
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261028
-
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunurƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Süni intellekt, robotik müalicə və xaricdə tibbi fəaliyyət - Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin VI illik konfransı keçirilibƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 2026974
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026932
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 2026928
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 2026900
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 2026892
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026890
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026876
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026856
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026848
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026750
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 2026738
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026500
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026434