Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) rezidentlərin növbəti seminarı keçirilib.
Azmedinfo.az xəbər verir ki, seminarın cərrahi panelində rezidentlər aktual klinik mövzulara həsr olunmuş təqdimatlarla çıxış ediblər. Belə ki, Səma Quluzadə “Boyun törəmələri”, Aytac Paşayeva “Duodenal patologiyalar”, İnqilab Quliyev “Öd daşı xəstəliyi”, Alxan Şərifov isə “Anadangəlmə bronxopulmonar patologiyalar” mövzularında məruzələr təqdim ediblər.
İnstitutda rotasiyada olan Qazaxıstan Respublikasının Astana Tibb Universitetinin rezidenti Asiya Haydarova “Uşaqda suçiçəyinin yumşaq toxumaların nekrotik infeksiyası ilə ağırlaşması: klinik hal” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, Astana Tibb Universitetində uşaq cərrahiyyəsi ixtisası üzrə təhsil alan iki həkim-rezident – Murzalina Sahilya və Haydarova Asiya oktyabrın 17-dən 31-dək ETPİ-də ixtisaslarına uyğun təcrübə proqramında iştirak edirlər.
Təqdimatlardan sonra mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, klinik hallar üzrə fikir mübadiləsi keçirilib. Seminarın yekununda rezidentlərin təqdimatları qənaətbəxş qiymətləndirilib.
Bu cür seminarların keçirilməsində əsas məqsəd rezidentlərin nəzəri biliklərini dərinləşdirmək, klinik təcrübələrini təkmilləşdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
Hazırda institutda ümumilikdə 48 rezident təhsil alır. Onlardan 26-sı pediatriya, 12-si uşaq cərrahiyyəsi, 8-i neonatologiya, 2-si isə uşaq qastroenterologiyası ixtisasları üzrə hazırlıq keçir.
-
Azərbaycan elmi ictimaiyyəti akademik Ədilə Namazovanın 100 illik yubileyini qeyd edibƏn çox oxunanlar23 Oktyabr 20261138
-
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunubƏn çox oxunanlar25 Oktyabr 20261090
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261082
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261070
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261028
-
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunurƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Süni intellekt, robotik müalicə və xaricdə tibbi fəaliyyət - Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin VI illik konfransı keçirilibƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 2026974
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026932
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 2026928
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 2026900
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 2026892
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026890
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026874
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026856
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026848
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026750
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 2026736
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026500
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026432