İnsultun risk amilləri, ilkin əlamətləri və vaxtında tibbi müdaxilənin əhəmiyyəti barədə əhalinin maarifləndirilməsi xəstəliyin ağır fəsadlarının qarşısının alınmasında mühüm rol oynayır. Bu məqsədlə hər il 29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.
Azmedinfo.az insultdan qorunmaq üçün nələrə diqqət edilməli olduğunu mütəxəssislərin rəyinə əsaslanaraq təqdim edir:
İnsult beyində qan dövranının pozulması nəticəsində yaranan və təcili tibbi müdaxilə tələb edən ciddi vəziyyətdir. Yüksək arterial təzyiq, şəkərli diabet, qanda xolesterinin yüksək olması, siqaret istifadəsi, artıq çəki və fiziki hərəkətsizlik insult riskini artıran əsas amillərdəndir.
Mütəxəssislər insult riskini azaltmaq üçün arterial təzyiqin müntəzəm yoxlanılmasını, şəkərli diabet və xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasını, sağlam və balanslı qidalanmanı, duz qəbulunun məhdudlaşdırılmasını, müntəzəm fiziki aktivliyi və tütün məhsullarından uzaq durmağı tövsiyə edirlər. Xroniki xəstəlikləri olan şəxslər həkim müayinələrini gecikdirməməli və təyin olunmuş müalicəyə əməl etməlidirlər.
İnsult zamanı üzün bir tərəfində əyrilik, qol və ya ayaqda qəfil zəiflik və keyimə, nitqin pozulması, qəfil görmə dəyişikliyi, başgicəllənmə və tarazlığın itirilməsi müşahidə oluna bilər. Bu əlamətlərdən hər hansı biri qəfil yarandıqda, öz-özünə keçməsini gözləmək olmaz.
Belə hallarda dərhal 103 təcili tibbi yardım xidmətinə zəng etmək lazımdır. Əlamətlərin başladığı vaxtı qeyd etmək vacibdir. Əlamətlər bir neçə dəqiqədən sonra keçsə belə, tibbi yardımdan imtina edilməməlidir. Erkən müdaxilə həyatın xilas edilməsi və ağır fəsadların azaldılması baxımından həlledici ola bilər.
İnsult zamanı hər dəqiqə önəmlidir. Risk amillərinə nəzarət etmək, xəstəliyin ilkin əlamətlərini tanımaq və vaxtında tibbi yardım almaq insultla mübarizənin ən vacib şərtlərindəndir.
-
Azərbaycan elmi ictimaiyyəti akademik Ədilə Namazovanın 100 illik yubileyini qeyd edibƏn çox oxunanlar23 Oktyabr 20261138
-
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunubƏn çox oxunanlar25 Oktyabr 20261090
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261082
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261070
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261028
-
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunurƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Süni intellekt, robotik müalicə və xaricdə tibbi fəaliyyət - Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin VI illik konfransı keçirilibƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 2026974
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026932
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 2026924
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 2026898
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 2026890
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026890
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026874
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026856
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026848
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026748
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 2026734
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026498
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026430