Oktyabrın 24-də Almaniyanın Ayzenax şəhərində Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) 6-cı illik konfransı təşkil olunub.
Azmedinfo.az xəbər verir ki, tədbirdə Almaniyada fəaliyyət göstərən, eləcə də Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada və Türkiyədən dəvət olunmuş tanınmış azərbaycanlı həkimlər, alimlər və tibb mütəxəssisləri iştirak ediblər.
“Altı il AMD – Bilikləri paylaşaq. İnsanları birləşdirək. Gələcəyi birlikdə quraq” devizi altında keçirilən konfransın əsas məqsədi elmi və peşəkar təcrübə mübadiləsini təşviq etmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və tibb ictimaiyyətinin qarşılaşdığı müasir çağırışları müzakirə etmək olub.
Konfransda tibbin müxtəlif sahələrində əldə edilmiş yeniliklər, klinik təcrübələr, peşəkar inkişaf imkanları və səhiyyənin gələcəyinə təsir göstərən texnologiyalar nəzərdən keçirilib. Əsas panel müzakirələrindən biri “Tibb də süni intellekt, robot-assistli müalicə və müasir tədris texnologiyaları” mövzusuna həsr olunub. Panel sessiyasında yeni texnologiyaların diaqnostika, müalicə, tibbi təhsil və gələcək həkim hazırlığına təsiri barədə fikir mübadiləsi aparılıb.
Digər panel iclası isə “Almaniyada tibdə özəl fəaliyyət: üstünlüklər və çətinliklər” mövzusunu əhatə edib. Məruzə və çıxışlarda Almaniyada tibbi fəaliyyətin təşkili, karyera imkanları, sahibkarlıq və səhiyyə sisteminin praktik xüsusiyyətlərindən söz açılıb. Konfrans çərçivəsində həkimlərin peşəkar və maliyyə planlaşdırılması ilə bağlı xüsusi təqdimat da böyük maraqla qarşılanıb.
AMD-nin illik konfransı müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər arasında yeni əlaqələrin qurulması, birgə təşəbbüslərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının formalaşdırılması üçün vacib platforma rolunu oynayır. Xüsusilə gənc həkimlər və tibb tələbələri üçün təcrübəli mütəxəssislərlə birbaşa ünsiyyət, Almaniyada karyera və ixtisaslaşma imkanları haqqında məlumat əldə etmək baxımından konfrans mühüm əhəmiyyət daşıyır.
Tədbirdə elmi proqramla yanaşı, AMD-nin həqiqi üzvlərinin ümumi yığıncağı da keçirilib. Günün sonunda iştirakçılar üçün mədəni-əyləncəli proqram təşkil olunub. Eyni zamanda, uşaqlı həkimlərin iştirak imkanını asanlaşdırmaq məqsədilə uşaqlar üçün də xüsusi proqram hazırlanıb.
2020-ci ildə yaradılan AMD Almaniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimləri, stomatoloqları, alimləri və tibb tələbələrini birləşdirən qeyri-kommersiya təşkilatıdır. Birlik ötən illər ərzində tibbi-elmi konfranslar, peşəkar görüşlər, maarifləndirici təşəbbüslər və beynəlxalq əlaqələrin inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirib. AMD-nin fəaliyyətində gənc azərbaycanlı həkimlərin Almaniya səhiyyə sisteminə inteqrasiyasına dəstək, peşəkar təcrübə mübadiləsi, elmi fəaliyyətə təşviq və təcrübəli həmkarlarla yeni nəsil mütəxəssislər arasında əlaqələrin yaradılması xüsusi yer tutur. Təşkilat, həmçinin Almaniyada qazanılan tibbi və elmi təcrübənin Azərbaycanla paylaşılmasına, iki ölkənin mütəxəssisləri və qurumları arasında əməkdaşlığın gücləndirilməsinə çalışır. Altı illik fəaliyyətini qeyd edən AMD bundan sonra da Azərbaycan tibb diasporunun peşəkar potensialının inkişafına, gənc həkimlərin dəstəklənməsinə və beynəlxalq tibbi-elmi əməkdaşlığın genişləndirilməsinə xidmət etməyi hədəfləyir.
-
Azərbaycan elmi ictimaiyyəti akademik Ədilə Namazovanın 100 illik yubileyini qeyd edibƏn çox oxunanlar23 Oktyabr 20261138
-
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunubƏn çox oxunanlar25 Oktyabr 20261092
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261084
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261072
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261028
-
Süni intellekt, robotik müalicə və xaricdə tibbi fəaliyyət - Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin VI illik konfransı keçirilibƏn çox oxunanlar24 Oktyabr 20261008
-
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunurƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 2026974
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026934
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 2026928
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 2026902
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 2026892
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026892
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026876
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026856
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026848
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026750
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 2026738
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026502
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026434