Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
01 Noyabr 2026, Bazar, 21:29
Əlaqə vasitələri
Bizimlə əlaqə
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunur
24 Oktyabr 2026
1006
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunur

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi məqsədilə müasir invaziv kardioloji müdaxilələr mütəmadi olaraq həyata keçirilir.

Azmedinfo.az xəbər verir ki, İnstitutda koronar angioqrafiya, angioplastika, stent implantasiyası və digər invaziv kardioloji prosedurlar icra olunur. Bu müdaxilələr koronar damarların vəziyyətinin qiymətləndirilməsinə, daralmaların aradan qaldırılmasına və ürək əzələsinin qan təchizatının yaxşılaşdırılmasına imkan verir.

Müasir tibbi avadanlıqlar, zəruri kateterlər, balonlar və stentlərlə təchiz olunan müəssisədə invaziv kardioloji xidmətlər ixtisaslı həkim komandası tərəfindən göstərilir. Xidmətlərin icbari tibbi sığorta çərçivəsində təqdim edilməsi əhalinin müasir kardioloji yardıma əlçatanlığının təmin olunmasına yönəlib.

İnstitutda əsas məqsəd müasir tibbi texnologiyaların tətbiqi, peşəkar tibbi yanaşma və keyfiyyətli xidmət vasitəsilə ürək-damar xəstəliklərinin effektiv müalicəsinə töhfə verməkdir.

İnvaziv kardiologiyanın imkanları, tətbiq olunan prosedurlar və göstərilən tibbi xidmətlər haqqında ətraflı məlumatı videodan izləyə bilərsiniz.

Ən çox oxunanlar