İngiltərədə Milli Səhiyyə Xidmətinin yüksəkixtisaslı həkimləri əməkhaqqı və iş şəraiti ilə bağlı noyabrın 25-də və 26-da ikigünlük tətil keçirəcəklər.
Azmedinfo.az BBC-yə istinadən xəbər verir ki, Britaniya Tibb Assosiasiyasının açıqlamasına əsasən, tətil noyabrın 25-də yerli vaxtla saat 06:59-da başlayacaq.
Aksiya müddətində xəstəxanalarda yalnız təcili tibbi yardım xidmətləri göstəriləcək. Bu səbəbdən planlı müayinə, müalicə və əməliyyatların əksəriyyətində ciddi fasilələrin yaranacağı gözlənilir. Tətil qərarı iyul ayında Britaniya Tibb Assosiasiyası üzvlərinin keçirdiyi səsvermədən və son bir ay ərzində hökumətlə aparılan danışıqlardan sonra qəbul edilib.
Bu il Milli Səhiyyə Xidmətinin yüksəkvəzifəli həkimlərindən olan konsultantların əməkhaqqı 3,5 faiz artırılıb. Lakin Britaniya Tibb Assosiasiyası bildirir ki, inflyasiya nəzərə alındıqda onların real əməkhaqqı son 17 ildə 25 faiz azalıb. Həmkarlar ittifaqı standart iş həftəsinin 40 saatdan 35 saata endirilməsini, iş vaxtından kənar saatlarda çalışan həkimlərə daha yüksək ödəniş edilməsini və pensiya sistemində dəyişikliklərin aparılmasını tələb edir.
Qeyd edək ki, İngiltərədə konsultant həkimlərin illik əsas əməkhaqqı 113 min 500 funt sterlinqdən başlayır. Ən təcrübəli mütəxəssislərin illik əsas maaşı isə 150 min 500 funt sterlinqə çatır.
-
Azərbaycan elmi ictimaiyyəti akademik Ədilə Namazovanın 100 illik yubileyini qeyd edibƏn çox oxunanlar23 Oktyabr 20261138
-
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunubƏn çox oxunanlar25 Oktyabr 20261090
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261082
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261070
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261028
-
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunurƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Süni intellekt, robotik müalicə və xaricdə tibbi fəaliyyət - Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin VI illik konfransı keçirilibƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 2026974
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026932
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 2026924
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 2026898
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026890
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 2026888
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026874
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026856
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026848
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026746
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 2026734
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026498
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026430