"Caspian International Hospital"da baş həkim Əziz Rəfibəyli, baş həkimin müavini Xalidə Məmmədova, Neonatologiya şöbəsinin rəhbəri Aytən Hüseyinzadə ilə birlikdə ağırlaşmış doğuşlardan sonra yenidoğulmuşlara göstərilən tibbi yardımın təşkili və neonatal qayğının keyfiyyətinin yüksəldilməsi istiqamətində peşəkar müzakirə aparılıb.
Azmedinfo.az xəbər verir ki, görüş zamanı yüksək riskli doğuşlarda neonatal reanimasiya hazırlığı, doğuşdan sonrakı ilkin stabilizasiya, tənəffüs və hemodinamik göstəricilərin monitorinqi, intensiv terapiyaya göstərişlər və multidissiplinar komanda fəaliyyətinin koordinasiyası kimi mühüm klinik məsələlərə diqqət yetirilib.
Müasir perinatal tibbin əsas prinsiplərindən biri ana və yenidoğulmuşun təhlükəsizliyinin vahid, əlaqələndirilmiş klinik sistem çərçivəsində təmin edilməsidir. Bu yanaşma yalnız tibbi müdaxilələrin düzgün aparılmasını deyil, həm də risklərin vaxtında müəyyənləşdirilməsini, sübuta əsaslanan klinik protokolların tətbiqini və kritik vəziyyətlərdə qərarvermə prosesinin operativliyini tələb edir.
Neonatal yardımın effektivliyi ayrı-ayrı mütəxəssislərin peşəkarlığı ilə yanaşı, doğuş zalı, neonatologiya və intensiv terapiya xidmətləri arasında fasiləsiz klinik koordinasiyadan da asılıdır.
Səhiyyə idarəetməsində əsas məqsəd yalnız tibbi xidmətin mövcudluğunu təmin etmək deyil, həmin xidmətin təhlükəsizliyini, klinik nəticələrini və keyfiyyətini ölçülə bilən standartlar əsasında davamlı inkişaf etdirməkdir. Bu baxımdan, klinik təcrübənin qarşılıqlı müzakirəsi, multidissiplinar əməkdaşlıq və beynəlxalq elmi tövsiyələrə əsaslanan yanaşmalar neonatal xidmətlərin təkmilləşdirilməsində mühüm əhəmiyyət daşıyır. Çünki neonatal tibbdə keyfiyyət yalnız sağqalma göstəriciləri ilə deyil, həm də yenidoğulmuşun uzunmüddətli sağlamlığı və inkişaf nəticələri ilə qiymətləndirilməlidir.
-
Azərbaycan elmi ictimaiyyəti akademik Ədilə Namazovanın 100 illik yubileyini qeyd edibƏn çox oxunanlar23 Oktyabr 20261138
-
Bakıda leyşmaniozun diaqnostikası və müalicəsində müasir yanaşmalar müzakirə olunubƏn çox oxunanlar25 Oktyabr 20261090
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261082
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261070
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261028
-
Müasir invaziv kardiologiya Elmi-Tədqiqat Kardiologiya İnstitutunda geniş tətbiq olunurƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Süni intellekt, robotik müalicə və xaricdə tibbi fəaliyyət - Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin VI illik konfransı keçirilibƏn çox oxunanlar24 Oktyabr 20261006
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 2026974
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026932
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 2026928
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 2026900
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 2026892
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026890
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026874
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026856
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026848
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026750
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 2026736
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026500
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026432