Rusiyalı biokimyaçılar onkoloji xəstəliklərin müalicəsində effektivliyi əhəmiyyətli dərəcədə artıra biləcək yeni yanaşma təqdim ediblər. Yeni metod dərman maddəsini birbaşa şiş nahiyəsinə çatdıran nanokonteynerlərdən istifadəni nəzərdə tutur. Alimlərin sözlərinə görə, bu texnologiya preparatın təsir gücünü dəfələrlə artıra bilər.
Azmedinfo.az "İzvestiya" nəşrinə istinadən yazır ki, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Deev Novosibirskdə keçirilən Ümumrusiya konfransında kimyaterapiya preparatlarının daşınması üçün tamamilə yeni platformanın hazırlandığını bildirib. Melanoma modeli üzərində aparılan təcrübələrdə yeni üsulun effektivliyi standart kimyaterapiya ilə müqayisədə 10 dəfə yüksək olub.
Deevin məruzəsində dərmanların çatdırılması üçün tərkibində kimyaterapiya preparatı olan və qan dövranında sürətlə parçalanan xüsusi nanokonteynerlərin hazırlanmasından bəhs edilir.
Alimin təqdimatında qeyd olunur ki, melanoma xəstəliyinin ağciyərlərdə erkən metastazları modeli üzərində aparılan canlı orqanizm sınaqlarında (in vivo) bu yanaşmanın effektivliyi ənənəvi kimyaterapiyadan dəfələrlə yüksək nəticə göstərib.
Texnologiyanın əsasını metal-orqanik karkaslar təşkil edir. Bu strukturların kəşfi 2025-ci ildə Nobel mükafatına layiq görülüb. Rusiya alimləri müəyyən ediblər ki, bu birləşmələr insan qanında olan fosfat ionlarının təsiri altında asanlıqla parçalanır.
Bu xüsusiyyət sayəsində nanokonteynerlər təxminən 30–60 dəqiqə ərzində parçalanaraq, tərkibindəki doksorubisini şişi qidalandıran qan damarlarının yaxınlığında sərbəst buraxır.
Sergey Deev bildirib ki, fosfat ionlarının təsiri ilə nanokonteynerlər sürətlə parçalanır və təxminən yarım saat–bir saat ərzində böyük miqdarda doksorubisin ayrılır. Preparat qan damarlarına yaxın yerləşən xərçəng hüceyrələrinə daxil olur və nəticədə müalicənin effektivliyi təxminən 10 dəfə artır.
Əvvəllər suda zəif həll olması və sağlam toxumalara toksik təsiri ilə tanınan doksorubisin bu texnologiya vasitəsilə daha məqsədyönlü şəkildə bədxassəli hüceyrələrə çatdırılır.
Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə digər xərçəng növlərinin müalicəsinə də uyğunlaşdırıla bilər. Növbəti mərhələdə aparılacaq klinik sınaqlar metodun insanlarda təhlükəsizliyini və effektivliyini təsdiqləməlidir.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261168
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026738
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026730
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026632
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026626
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026624
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026610
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026576
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026560
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026552
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026442
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026440
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026420
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314