Azərbaycanın orqan transplantasiyası sahəsində hüquqi və bioetik təcrübəsi beynəlxalq konqresdə təqdim olunub
02 Oktyabr 2026
328
Bakı Dövlət Universitetinin doktorantı, hüquqşünas və bioetika üzrə tədqiqatçı Sevda Kərimova ilə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanimatoloq Yeganə Abbasovanın birgə hazırladığı elmi araşdırma Portuqaliyanın Porto şəhərində keçirilən 18-ci Dünya Bioetika, Tibb Etikası və Tibb Hüququ Konqresində təqdim olunub.
Azmedinfo.az xəbər verir ki, sentyabrın 28–30-da keçirilən beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən bioetika, tibb etikası və səhiyyə hüququ sahəsində çalışan alim və mütəxəssislər bir araya gəliblər. “Tibb etikası və Tibb hüququ” sessiyasında Sevda Kərimova və Yeganə Abbasovanın birgə hazırladığı “Azərbaycan cinayət qanunvericiliyində orqan transplantasiyası: Bioetik problemlər və hüquqi islahat perspektivləri” adlı araşdırma iştirakçıların böyük marağına səbəb olub. Araşdırmanın təqdimatı Sevda Kərimova tərəfindən edilib.
Araşdırmada Azərbaycanda orqan donorluğu və transplantasiyasının hüquqi tənzimlənməsi cinayət hüququ və bioetika kontekstində təhlil edilib, mövcud qanunvericilik, hüquqi təminatlar və praktikanın inkişaf istiqamətləri nəzərdən keçirilib.
Məruzədə son illərdə Azərbaycanda bu sahədə əldə olunan nəticələrə xüsusi diqqət yetirilib. Transplantasiya sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, proseslərin koordinasiyasının təkmilləşdirilməsi və hüquqi mexanizmlərin inkişafı istiqamətində atılan addımlar qeyd olunub.
Bu baxımdan, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması və fəaliyyətə başlaması da məruzədə nəzərdən keçirilən məsələlər sırasında yer alıb. Mərkəzin fəaliyyəti çərçivəsində donor və resipiyentlərin koordinasiyası, proseslərin sistemli təşkili və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm işlər barədə məlumat verilib.
Araşdırmada Mərkəzin fəaliyyətə başladığı dövrdən etibarən ölkədə transplantasiya sahəsində əldə olunan nəticələr də diqqətə çatdırılıb. Xüsusilə 2025-ci ildə Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyasının həyata keçirilməsi ölkənin transplantasiya tarixində mühüm hadisə kimi qeyd edilib.
Məruzənin digər istiqaməti Azərbaycanın İnsan orqanlarının qanunsuz dövriyyəsinə qarşı Avropa Şurası Konvensiyasına qoşulması ilə bağlı olub. Azərbaycan sözügedən Konvensiyanı 26 may 2026-cı ildə ratifikasiya edib və sənəd ölkə üçün 1 sentyabr 2026-cı ildə qüvvəyə minib. Konvensiya insan orqanlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, cinayət-hüquqi mexanizmlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından etibarlı hüquqi çərçivə formalaşdırır.
Bu fundamental elmi araşdırmanın dünyanın aparıcı mütəxəssislərinin qatıldığı beynəlxalq platformada təqdim olunması müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın orqan donorluğu və transplantasiyası sahəsində formalaşdırdığı qabaqcıl hüquqi, etik və institusional təcrübənin qlobal miqyasda tanıdılması, həmçinin ölkəmizin bu sahədəki humanist və sistemli addımlarının beynəlxalq səviyyədə yüksək təqdir olunması baxımından mühüm bir addım kimi qiymətləndirilir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261166
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026736
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026728
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026630
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026624
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026622
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026608
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026574
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026558
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026550
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026440
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026438
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026418
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314