Hindistanda 47 yaşlı qadında döş xərçənginin uğurlu müalicəsindən iki il yarım sonra başlayan davamlı baş ağrısının səbəbi gözlənilməz olub. Müayinələr nəticəsində məlum olub ki, ağrıya səbəb kəllə sümüyündə yerləşən döş xərçəngi metastazıdır.
Azmedinfo.az "Doctor Piter" nəşrinə istinadən yazır ki, qadına əvvəllər sol süd vəzisinin III mərhələ xərçəngi diaqnozu qoyulmuşdu. O, kimyaterapiya, cərrahi əməliyyat, şüa və hormonal müalicə alaraq remissiya mərhələsinə çatmışdı.
Lakin 2,5 il sonra bütün başı əhatə edən, üç aydan çox davam edən və ağrıkəsicilərlə azalmayan güclü baş ağrıları yaranıb. Digər nevroloji əlamətlər olmasa da, nevroloq müayinə zamanı qadının alın nahiyəsində ağrısız, sərt və hərəkətsiz şişkinlik aşkar edib.
Kontrastlı maqnit-rezonans tomoqrafiyası (MRT) kəllənin alın sümüyündə iri törəmə olduğunu göstərib. Müayinələr onun döş xərçənginin metastazı olduğunu təsdiqləyib.
Həkimlərin sözlərinə görə, şiş beynin əsas venoz damarlarından biri olan yuxarı sagittal sinusun üzərində yerləşdiyi üçün nə cərrahi əməliyyat, nə də biopsiya təhlükəsiz hesab edilib. Buna görə pasiyentə əvvəlcə şüa terapiyası, daha sonra isə hədəfli (target) və hormonal müalicə təyin olunub.
Müalicədən üç ay sonra baş ağrısının intensivliyi əhəmiyyətli dərəcədə azalıb, alın nahiyəsindəki şişkinlik də kiçilib.
Onkoloqlar bildirirlər ki, döş xərçəngi adətən bel fəqərələri və bud sümüyünə metastaz verir. Kəllə sümüklərinə metastaz isə çox nadir rast gəlinir və halların təxminən yarısında heç bir simptom vermir. Bununla belə, belə metastazlar yerli ağrıya, beyin qişaları zədələndikdə isə kəllədaxili təzyiqin artması ilə bağlı əlamətlərə səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, xərçəng keçirmiş şəxslərdə səbəbi bilinməyən və uzun müddət davam edən baş ağrıları olduqda neyroradioloji müayinələrin aparılması vacibdir. Erkən diaqnoz xəstəliyin irəliləməsinin qarşısını almağa və pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261178
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261062
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 20261050
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 20261038
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 20261038
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 20261012
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026988
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026986
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026976
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026970
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026960
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026904
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026892
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026886
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026886
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026866
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026830
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026768
-
İcbari tibbi sığorta ilə sümük iliyi transplantasiyası 50 pasiyentə icra olunubƏn çox oxunanlar21 Noyabr 2026744
-
2027-ci ildə ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılırƏn çox oxunanlar21 Noyabr 2026744