Akdəniz Universiteti Xəstəxanasında 36 yaşlı M.B.-yə təxminən 14 saat davam edən əməliyyat nəticəsində meyit donordan uşaqlıq köçürülüb. Türkiyədə bu üsulla həyata keçirilən üçüncü uşaqlıq transplantasiyasından sonra pasiyentin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, Antalyada yaşayan M.B. uşaqlıq transplantasiyası əməliyyatı üçün 11 il əvvəl Akdəniz Universiteti Xəstəxanasına müraciət etmişdi.
Şəhərdə beyin ölümü baş vermiş donorun bağışlanan orqanları arasında uşaqlıq da olduğu üçün pasiyent xəstəxanaya dəvət olunub.
Əməliyyat Türkiyədə ilk üz və ikiqat qol transplantasiyasını, həmçinin dünyada meyit donordan ilk uşaqlıq transplantasiyasını həyata keçirmiş Organ Transplantasiyası və Qabaqcıl Səhiyyə Araşdırmaları İnstitutunun direktoru, professor Ömər Özkan, Akdəniz Universitetinin rektoru, professor Özlənən Özkan və onların rəhbərlik etdiyi komanda tərəfindən icra olunub.
Təxminən 20 nəfərlik tibbi heyətin iştirakı ilə əməliyyata səhər saat 09:00-da başlanılıb və 14 saatdan sonra uşaqlıq transplantasiyası uğurla başa çatdırılıb.
Hazırda M.B.-nin vəziyyətinin stabil olduğu, müşahidə məqsədilə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib.
Türkiyədə ilk uşaqlıq transplantasiyası
Türkiyədə ilk meyit donordan uşaqlıq transplantasiyası uşaqlığı olmadığı üçün hamilə qala bilməyən Dərya Sərtə 8 avqust 2011-ci ildə həyata keçirilmişdi. O zaman 23 yaşında olan pasiyentə professor Ömər Özkanın rəhbərlik etdiyi komanda tərəfindən təxminən 7 saat davam edən əməliyyat aparılmışdı.
Müalicə prosesindən sonra Dərya Sərt 26 iyun 2020-ci ildə hamiləliyinin 28-ci həftəsində dünyaya oğlan övladı gətirib. Körpəyə əməliyyatı həyata keçirən cərrahın şərəfinə Ömər Özkan adı verilib.
İkinci transplantasiya da uğurlu nəticə verib
Türkiyədə ikinci meyit donordan uşaqlıq transplantasiyası 27 iyul 2021-ci ildə Akdəniz Universiteti Xəstəxanasında Havva Erdemə edilib. Professor Özlənən Özkan və professor Ömər Özkanın rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilən əməliyyat 8,5 saat davam edib.
Havva Erdem 29 sentyabr 2022-ci ildə sağlam qız övladı dünyaya gətirib. Ailəsi körpəyə Özlənən adını verib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650