Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
01 Noyabr 2026, Bazar, 22:28
Əlaqə vasitələri
Bizimlə əlaqə
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdi
31 Oktyabr 2026
378
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdi

Professor Gülnaz Dadaşova pasiyentləri və həkimləri tibbi göstərişlərə əsaslanan düzgün diaqnostika və müalicə seçimlərinə çağırıb.

İcbari tibbi sığorta çərçivəsində müayinələrin qarşılanması onların hər birinin mütləq aparılmalı olduğu anlamına gəlmir. Eyni zamanda, müayinənin baha olması da onun daha dəqiq diaqnostika demək olduğunu göstərmir.

Azmedinfo.az xəbər verir ki, bu mühüm məsələyə diqqət çəkən C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova həm pasiyentlərə, həm də həkim həmkarlarına müraciət edib.

Alim vurğulayıb ki, əsas məqsəd hər bir pasiyent üçün tibbi göstərişlərə uyğun düzgün diaqnostika və müalicə üsulunun seçilməsidir. Zəruri müayinələrdən və tibbi müdaxilələrdən imtina edilməməli, eyni zamanda ehtiyac olmadığı halda əlavə və lazımsız prosedurlara yol verilməməlidir.

Professorun diqqətə çatdırdığı əsas məqam tibbi qərarların sığorta təminatına və ya müayinənin qiymətinə deyil, pasiyentin real sağlamlıq ehtiyaclarına əsaslanmasıdır.

Unutmayaq ki, doğru zamanda verilən düzgün tibbi qərar həyat xilas edə bilər.

Mövzu ilə bağlı ətraflı videodan izləyə bilərsiniz.

Ən çox oxunanlar