Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
01 Noyabr 2026, Bazar, 22:28
Əlaqə vasitələri
Bizimlə əlaqə
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunub
01 Noyabr 2026
208
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa cərrahi müdaxilə həyata keçirilib.

Azmedinfo.az xəbər verir ki, əməliyyat ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahı, professor Ramiz Poluxov tərəfindən Rehbein üsulu ilə yoğun bağırsağın rezeksiyası şəklində icra olunub.

Məlumata görə, uşaq iki yaşından etibarən xroniki qəbizlik problemindən əziyyət çəkib. Bəzi hallarda həftələrlə nəcis ifrazı baş verməyib. Müxtəlif müalicə üsullarına baxmayaraq, müsbət nəticə əldə olunmayıb. Son illərdə isə uşaqda nəcis saxlaya bilməmə problemi də yaranıb.

Aparılan müayinələrin nəticələri qiymətləndirildikdən sonra cərrahi müdaxilə qərarı verilib.

Qeyd edək ki, xroniki qəbizliyin müalicəsində əməliyyatdan sonrakı dövr də xüsusi əhəmiyyət daşıyır. Mümkün təkrarlanma riskinin nəzərə alınması, reabilitasiya tədbirlərinin düzgün təşkili və müntəzəm həkim nəzarəti müalicə prosesinin vacib tərkib hissəsidir.

Ən çox oxunanlar