Moskvada L. M. Roşal adına Uşaq Elmi-Klinik Mərkəzinin həkimləri qız uşağının nazik bağırsağından kosmetik süngər çıxarıblar. Əşyanın yerləşdiyi nahiyədə toxumalar öz həyat qabiliyyətini itirdiyindən bağırsağın həmin hissəsinin cərrahi yolla çıxarılması zərurəti yaranıb. B
Azmedinfo.az "Vesti" nəşrinə istinadən yazır ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Uşaq güclü qarın ağrısı, qusma və nəcisin olmaması şikayətləri ilə təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər bağırsaq keçməzliyi diaqnozu qoyaraq pasiyenti cərrahiyyə şöbəsinə yerləşdiriblər.
Hadisənin səbəbi əməliyyat zamanı müəyyənləşib. Məlum olub ki, qız uşağı təxminən beş gün əvvəl kosmetik süngər udub. Həkimlərin ilkin qiymətləndirməsinə görə, yad cisim həmin müddət ərzində orqanizmdə qalıb. Cərrahlara laparotomiya – qarın boşluğunun açılması yolu ilə aparılan cərrahi müdaxilə həyata keçirmək lazım gəlib.
“Əməliyyat zamanı yad cismin yerləşdiyi nazik bağırsaq sahəsində nekroz aşkarlandı. Təəssüf ki, həmin nahiyənin toxumaları həyat qabiliyyətini itirmişdi. Buna görə də onu ultrasəs koaqulyatorunun köməyi ilə çıxarmaq məcburiyyətində qaldıq”, – deyə cərrah Muxtar Məmmədov bildirib.
Əməliyyat təxminən iki saat davam edib və həkimin sözlərinə görə, heç bir ağırlaşma baş verməyib. Cərrahi müdaxilədən sonra onuncu gün qız uşağı vəziyyəti qənaətbəxş qiymətləndirilərək evə buraxılıb.
Mərkəzin mütəxəssisləri valideynlərə xəbərdarlıq edərək bildiriblər ki, uşaq hər hansı yad cisim udduqda dərhal tibbi yardıma müraciət edilməlidir. Belə hallarda yad cismi müstəqil şəkildə çıxarmağa çalışmaq olmaz.
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261054
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261038
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261038
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261032
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026916
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026912
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026886
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026884
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026870
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026858
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026848
-
Həkim sidikdə zülalın hansı hallarda təhlükəli olduğunu açıqlayıbƏn çox oxunanlar01 Noyabr 2026848
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026830
-
Əhli-Beytin elmi irsinin oğurlanması və müəlliflik hüququnun mənimsənilməsiƏn çox oxunanlar02 Noyabr 2026776
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026774
-
Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdurƏn çox oxunanlar02 Noyabr 2026748
-
Şəhid ailəsinin vaxtından əvvəl doğulmuş əkiz körpələri sağlamlıqlarına qovuşubƏn çox oxunanlar02 Noyabr 2026744
-
Rezidentlərin nəzəri bilikləri klinik təcrübə ilə möhkəmləndirilibƏn çox oxunanlar31 Oktyabr 2026724
-
Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” keçirilirƏn çox oxunanlar01 Noyabr 2026712
-
Endokrinoloq menopauza dövründə hormonal plastırların faydaları və mümkün risklərindən danışdıƏn çox oxunanlar02 Noyabr 2026706