“Təmiz ölkəm” devizi altında həyata keçirilən ümumrespublika təmizlik aksiyaları bu dəfə də geniş coğrafiyanı əhatə edib. Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının təşəbbüsü, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və əhali nümayəndələrinin fəal iştirakı ilə ölkənin müxtəlif bölgələrində ətraf mühitin mühafizəsi məqsədilə təmizlik tədbirləri həyata keçirilib.
Azmedinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai maarifləndirmə və cəmiyyətin ekoloji məsuliyyətini artırmağa xidmət missiyasına dəstək olur.
Aksiyalar çərçivəsində Xəzər dənizinin Novxanı və Sumqayıt sahilləri, Lənkərançayın Lənkəran hissəsi, Tovuz çayın Tovuz, Tərtərçayın Tərtər, Həkəri çayın Zəngilan rayonundan keçən sahələri, Quba - Qəçrəş və Göygöl - Toğanalı avtomobil yollarının kənarları, eləcə də İmişli şəhərinin Zəfər prospekti, Mingəçevir şəhərinin Sahil ərazisi, Şəki şəhərinin Salman Mümtaz küçəsi, Quba rayonunun Quba meşəbəyliyi və Qəbələ rayonunun Vəndam meşəbəyliyində təmizlik işləri aparılıb.
Yerli əhalinin, könüllülərin və dövlət qurumlarının birgə əməkdaşlığı ilə keçirilən bu aksiyalar nəticəsində ümumilikdə 4,5 tondan artıq məişət və müxtəlif növ tullantılar ətraf mühitdən yığışdırılaraq aidiyyəti üzrə utilizasiya olunub.
Tədbirin əsas məqsədi ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması mədəniyyətinin təbliği və vətəndaşların bu istiqamətdə maarifləndirilməsidir. Eyni zamanda bu cür aksiyalar insanların təbiətə qarşı daha məsuliyyətli münasibət göstərməsinə, ictimai həmrəyliyin güclənməsinə və ekoloji düşüncənin formalaşmasına töhfə verir.
Qeyd edək ki, “Təmiz ölkəm” təşəbbüsü çərçivəsində mütəmadi olaraq müxtəlif bölgələrdə analoji təmizlik aksiyalarının keçirilməsi planlaşdırılır. Bu fəaliyyətlər həm təbiətin mühafizəsinə, həm də cəmiyyətin ekoloji dəyərlərə sahib çıxmasına xidmət edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261106
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026904
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026794
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026762
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654